Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41
Rubrikalar

Azərbaycan boksçuları Rumıniyadan 5 medalla qayıdıb


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir İyunun 6-da Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə Dünya Kubokunun növbəti mərhələ yarışları keçiriləcək. Turnirdə 75 ölkədən 688 idmançı mübarizə aparacaq. Azərbaycanı İradə Aşımova təmsil edəcək. O, 10 və 25 metr məsafəyə pnevmatik tapançadan atəş açmaqda qüvvəsini sınayacaq. Turnirin qalibi 2008-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanacaq.



Rumıniyada isə boks üzrə beynəlxalq turnir sona çatıb. Müxtəlif ölkələrdən 100-dək boksçunun iştirak etdiyi turnirdə 9 Azərbaycan boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi bürünc, üçü gümüş medal qazanıb. Bu haqda Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev məlumat verdi. Onun sözlərinə görə, bu turnir iyulun 12-17-də Moskvada keçiriləcək Dünya Kuboku uğrunda turnirə hazırlıq məqsədi daşıyıb.



İyunun 17-də Polşanın paytaxtı Varşavada isə kişilər arasında şahmat üzrə 6-cı şəxsi Avropa çempionatının startı veriləcək. Turnirdə 250-dən artıq beynəlxalq qrossmeyster mübarizə aparacaq. Azərbaycan turnirdə 10 şahmatçı ilə təmsil olunacaq. Onların arasında Teymur Rəcəbov, Şəhriyar Məmmədov və Rauf Məmmədov da var.
XS
SM
MD
LG