Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:40

Millət vəkili ANS-in dövlətə müharibə elan etdiyini deyir


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Mayın 24-də parlamentin iclasında millət vəkili Novruz Quliyev ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayevin ünvanına təhqiramiz ifadələr işlədib. Cənab Quliyev sözügedən kanalın pozuculuq fəaliyyəti ilə məşğul olduğunu deyib: «ANS dövlətə qarşı olan insanlara efir verir, dövlətə qarşı çağırışlar edir. Biz isə buna reaksiya vermirik».



O, kanalın dövlətə qarşı müharibə elan etdiyini söyləyib: «Biz buna qarşı çıxmasaq nəticənin necə olacağını bilirsiniz. Hakimiyyət də devrilə, dövlətçilik də itirilə bilər».



Millət vəkili Gülər Əhmədova isə parlamentdə ANS-lə bağlı çıxışlara son qoymağı tələb edib. Onun fikrincə, artıq prezident bu telekanalın rəhbərliyini qəbul edib və dövlət başçısının orda dedikləri onun kursunu müdafiə edənlər üçün də əsas olmalıdır: «Prezident hamınıza bir-bir tapşırmamalıdır ki, belə çıxışlara son qoyaq».



ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev isə söylənən ittihamlara heç bir münasibət bildirmək istəmədiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG