Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:13

Parlamentdə 21 may aksiyası müzakirə olundu


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Mayın 24-də Milli Məclisin iclasında müxalifətin şənbə günü keçirmək istədiyi yürüş-mitinq müzakirə olundu.



Millət vəkili Zahid Oruc bildirdi ki, müxalifət yürüş-mitinq keçirməklə dolayısı ilə Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qarşı çıxır. Müxalifətin aksiya keçirmək üçün insanların sıx yaşadığı yerləri seçməsini isə o, sovet dövründə həmin adamlarin Leninin çarizma qarşı mübarizə üsulunu yaxşı mənimsəməsi ilə izah edir.



Musa Musayev isə müxalifəti ölkədə qarışıqlıq salmaqda suçladı. O, bildirdi ki, buna görə, müxalifət nümayəndələri cinayət məsuliyyətinə cəlb edilməlidir. Cənab Musayev müxalifəti xaricdən çirkli pullar alaraq qanunsuz aksiya keçirməkdə ittiham etdi.



Mais Səfərli isə hər iki həmkarından fərqli olaraq bildirdi ki, bu kimi qarışıqlıq və narazılıqlar yaranmasın deyə, insanların sərbət toplaşmaq azadlığına şərait yaradılmalıdır.



AXCP-dən olan millət vəkili Cəmil Həsənli isə mayın 21-də baş verənləri iqtidarın günahı hesab edir və bildirir ki, əgər aksiyaya icazə verilsəydi, qarışıqlıq baş verməzdi.



Vitse-spiker Ziyafət Əsgərov yekun olaraq bildirdi ki, müxalifətin sərbəst toplaşmaq azadlığını əldə rəhbər tutmasına baxmayaraq, Bakı meriyası qanuna əsaslanaraq mtinqə icazə verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG