Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:47

BTC rəsmilərin əlində siyasi alətə çevrilib


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir «Azadlıq» qəzetindəki «bp zorakılığı pislədi» başlıqlı məqalədə müxalifətin mayın 21-də keçirdiyi yürüş- mitinq zamanı baş verənlər şərh olunur. Məqalədə bildirilir ki, mitinqdə baş verənlər BTC-nin açılışında iştirak etmək üçün Bakıya gələn xarici qonaqların diqqətindən yayınmayacaq. Qəzetin məlumatına görə, baş verənlərə nüfuzlu «Forbes» jurnalında «bp-Azərbaycan»ın prezidenti Devid Vudrovd da münasibət bildirib. Jurnalın «Korrupsiya və yoxsulluğun dağıtdığı ölkə» adlandırdığı məqalədə cənab Vudvord deyib ki, BTC rəsmilərin əlində siyasi alətə çevrilib: «Mən bilmirəm, dövlət rəsmiləri kəmərin açılışına yüksək vəzifəli şəxslərin gəlişindən öncə müxalifətin aksiyasını qadağan etməyi nəyə görə zəruri hesab ediblər» deyən şirkət rəhbəri bildirib ki, Heydər Əliyevin vəfatından sonra vəzifədə qalan köhnə komanda üzvləri ölkədə islahatların aparılmasını istəmirlər və öz maraqlarını təmin etməyə çalışırlar. «Azadlıq» qəzeti isə bildirir ki, bu, Azərbaycana yeganə təzyiq olmayacaq. Parlament seçkilərinə qədər oxşar təpkilər davam edəcək. Amma hökumətin buna tab gətirib-gətirməyəcəyi hələlik sual altındadır.



Elməddin Muradlı «Üç nöqtə» qəzetindəki «Adam oğrusu 6 gündən sonra azadlığa buraxılıb» başlıqlı məqalədə məhkəmə və hüquq-mühafizə orqanlarındakı vəziyyəti şərh edir. Müəllif yazır ki, Daxili İşlər Nazirliyinin həbsdə olan keçmiş zabiti Hacı Məmmədovun cinayətlərini ört-basdır etməyə çalışan bir neçə müstəntiqin fəaliyyəti araşdırılır və onların işdən çıxarılacağı gözlənilir.



Cəsur Məmmədov «Ayna» qəzetindəki məqaləsində yazır ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsini Azərbaycan, Gürcüstan və Türkiyənin birgə formalaşdırdığı qüvvələr təmin edəcək. Müəllifə görə, bu işin təşkilatçısı ABŞ-dır.

BTC ABŞ üçün strateji layihə hesab edildiyindən rəsmi Vaşinqton Azərbaycan və Gürcüstanın gələcəkdə Rusiyaya meyllənmək ehtimalını heçə endirmək üçün indidən bəzi tədbirlər görür.

Günün bütün mövzuları

XS
SM
MD
LG