Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:47

«Sərhədsiz Reportyorlar» prezidentə məktub göndərib


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir «Sərhədsiz Reportyorlar» təşkilatının baş katibi Rober Menar «Zerkalo» qəzetinin müxbiri Fərid Teymurxanlının polis zorakılığına məruz qalmasından narahatlığını bildirib. Bu barədə onun Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubda bildirilir: «Bizim bu il aprelin 8-də keçirdiymiz görüşdə siz rəsmilərin jurnalistlərə hücumunun qəbuledilməz olduğunu dediniz. Müxalifətin yürüş-mitinqinə icazə verilməməsi jurnalistə qarşı polis zorakılığını heç cür əsaslandıra bilməz».



Cənab Menar ümid edir ki, Azərbaycan prezidenti jurnalistin döyülməsilə bağlı işin gedişatı barədə ona məlumat verəcək.



Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi Azər Həsrət beynəlxalq təşkilatların ölkədə mətbuat azadlığıyla bağlı bəyanatlarının əhəmiyyətli olduğunu bildirir.



«Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə R. Menarın məktubunun səbəbini anlamır. Onun fikrincə, Azərbaycan hökuməti ölkədə söz azadlığının təminatçısıdır.



Fərid Teymurxanlı mayın 21-də müxalifətin icazəsiz etiraz aksiyası zamanı polis tərəfindən döyülüb. Hadisə vaxtı o, Mətbuat Şurasının jurnalistlər üçün verdiyi xüsusi geyimdə olub.



İnsidenti araşdırmaq üçün Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət edib. Həmçinin MŞ və Bakı şəhər Baş Polis İdarəsi olayı araşdırmaq üçün birgə təhqiqat komissiyası yaratmağı planlaşdırır.
XS
SM
MD
LG