Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:28

Vəsiqə və kağızların seçkiyə nə dəxli?


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir - Səsvermə hüququ olanların 40 faizə qədəri hələ şəxsiyyət vəsiqəsi almayıb. Bu prosesin monitorinqini aparan iki təşkilat – Regionların İnkişafı Mərkəzi və Şəffaf Seçki Mərkəzinin nümayəndələri bu barədə həftəsonu mətbuat konfransında məlumat veriblər. Azərbaycan Daxili İşlər Nazirliyi vəsiqələrin verilmə vaxtının iyunun sonunda bitəcəyini bildirib.



- Kağız qıtlığı yaranıb. “Çap Evi” mətbəəsinin sahibi Şahbaz Xuduoğlu radiomuza müsahibəsində bu qıtlığın payızdakı parlament seçkiləri ilə bağlı olduğunu deyib.



Vəsiqə və kağızların seçkiyə nə dəxli?

Əgər dəxli varsa, seçkiyə dolayı müdaxilə imkanları bununla bitirmi?



Qonaqlarımız:



Bakıdan Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli və Almaniyanın Heydelberq Universitetinin dossenti, ATƏT-in seçki monitorinq qrupunun üzvü olmuş Raul Motika.
XS
SM
MD
LG