Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:48

Azərbaycan Rusiyaya nota verdi


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Mayın 23-də Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili Pyotr Burdıkin Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazir Elmar Məmmədyarov ona Azərbaycanda Rusiyanın Gürcüstanda yerləşən hərbi bazalarındakı silah-sursatın bir hissəsinin Ermənistana aparılacağına dair məlumatların yayıldığını bildirib. O, cənab Burdıkinə deyib ki, bu məlumatlarda Rusiyanın rəsmi şəxslərinə istinad olunur. «Bu haqda xəbərləri Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi cənab Baluyevski də təsdiqləyib» - deyən E.Məmmədyarov, P.Burdıkinə diplomatik nota təqdim edib. Məlumatı Azərbaycan XİN-in mətbuat xidməti yayıb.



Notada bildirilir ki, hadisələrin bu cür inkişafı regionda sülh və təhlükəsizliyin davam edəcəyinə şübhə yaradır. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlara təsir göstərə bilər. Azərbaycan tərəfi ümidvar olduğunu bildirir ki, rəsmi Moskva Gürcüstandan çıxarılacaq silahların bir hissəsini Ermənistana aparmaq niyyətindən imtina edəcək.



Politoloq Rasim Musabəyov deyir ki, bu, Rusiyanın Qafqaz uğrunda mübarizəsini əks etdirən və narahatlıq yaradan növbəti addımıdır.
XS
SM
MD
LG