Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

900-ə yaxın fəhlə Gəncə-Bakı yolunu kəsməyə cəhd göstərdi


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Gənə Gil-Topaq Kombinatının 900-ə yaxın fəhləsi mayın 23-də etiraz aksiyası keçirdi. Fəhlələr əmək haqqlarının artırılması tələbiylə Gəncə-Bakı magistral yolunu bağlamağa cəhd göstəriblər. Kombinatın istilik elektrik mərkəzinin çilingəri Rövşən Hacıyevin dediyinə görə, aprel ayının 1-dən maaşlarının artırmasıyla bağlı qərar verilsə də, yalnız rəhbər heyətin məvacibi qaldırılıb. Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı kombinata baş çəkərkən ona müəssisədə orta aylıq əmək haqqının 800-900 min manat olmasıyla bağlı məlumat verilib. Fəhlələr deyirlər ki, əslində, işçilərin orta aylıq əmək haqqı 600 min manatdır: «Rəhbərlik prezidentə yalan məlumat verib».



Aksiyada fəhlələr həmçinn peşə fəaliyyəti zamanı aldıqları xəsarətlərə görə pulsuz tibbi xidmət almalarını və kombinat mühafizəçilərinin işçilərlə kobüd rəftarına son qoyulmasını tələb edirlər.



Faktla bağlı kombinat rəhbərliyindən heç kim məlumat vermək istəmədi. Aksiya zamanı hadisə yerinə gəlmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini İlham Əliyevin sözlərinə görə, onlar kombinatın idarə heyətinin rəhbərliyini Gəncəyə dəvət ediblər və fəhlələrin qaldırdıqları məsələni birlikdə araşdırmağa çalışacaqlar.



Fəhlələr isə onlara verilən vədlərin yerinə yetirilməyəcəyi təqdirdə aksiyanı davam etdirəcəklərini bildirirlər.
XS
SM
MD
LG