Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:25

3 cəbhəçinin taleyi naməlumdur


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir «Üçlər» seçki blokunun mayın 21-də keçirdiyi aksiyada 100-dən artıq adam həbs olunub. Onların çoxu sərbəst buraxılsa da, 3-5 sutka cəza alanlar da var. AXCP mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu: «Partiyanın 11 fəalı 5 sutkalığa həbs edilib. 17 nəfərə rəsmi xəbərdarlıq edilib, üç nəfərin isə taleyi naməlumdur».

İ.Əvəzoğlunun dediyinə görə, polislə toqquşma zamanı 90 nəfər partiya üzvü xəsarət alıb.

Müsavat partiyasının başqan müavini Mehman Cavadoğlunun sözlərinə görə isə mitinq zamanı 20 nəfər partiya üzvü saxlanıb. 3 nəfər müvəqqəti saxlama təcridxanasındadır. O, aksiya zamanı 33 nəfər partiya üzvünün bədən xəsarəti aldığını deyir.



ADP-nin polis tərəfindən saxlanan 35 üzvü mayın 23-ü sərbəst buraxılıb. Bu haqda partiya Ali Məclisinin sədri Akif Şahbazov məlumat verdi. Onun sözlərinə görə, aksiya zamanı 60 nəfər partiya üzvü xəsarət alıb.



Hüquq Müdafiə Təşkiltları Monitoriq Mərkəzi 21 may mitinqi ilə bağlı hesabat hazırlayıb. Bu haqda mərkəzin üzvü Səidə Qocamanlı məlumat verir: «Apardığımız monitorinq nəticəsində aydın oldu ki, 124 nəfər həbs olunub, onlarla adam polis zorakılığına məruz qalıb. Döyülənlər içərisində 5 nəfər jurnalist də var. Bu haqda beynəlxalq təşkilatlara məlumat göndərmişik».



Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə isə aksiya zamanı asayişi pozduğuna görə 45 nəfər saxlanıb və onların çoxu sərbəst buraxılıb.



Bu arada isə Mətbuat Şurası və «Zerkalo» qəzeti müxbir Fərid Teymurxanlının mayın 21-də keçirilən aksiya zamanı polis zorakılığına məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. Faktla bağlı məhkəməyə müraciət edilməsi də planlaşdırılır.



Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, aksiyadan əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə telefonla danışıb, ondan jurnalistlərə qarşı heç bir kobudluq edilməyəcəyinə dair söz alsa da, hər şey əksinə olub.



«Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı isə deyir ki, qəzet müxbirini döyənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluğa da müraciət edəcək.



DİN-in sözçüsü Ehsan Zahidov bildirdi ki, nazirlik aksiyanın dağıdılması zamanı xəsarət alan jurnalistlər, o cümlədən, F.Teymurxanlıyla bağlı araşdırma aparır. Onun sözlərinə görə, jurnalistlərə zor tətbiq edənləri cəzalandırmaq üçün hər şey edəcəklər.



«Zerkalo» qəzetinin müxbiri Fərid Teymurxanlı mayın 21-də birləşmiş müxalifətin keçirdiyi etiraz aksiyası zamanı polislər tərəfindən döyülüb. Aldığı xəsarət nəticəsində onun çənəsinə tikişlər qoyulub. Hadisə zamanı jürnalist MŞ-nin xüsusi tanınma gödəkçəsində olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG