Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:00
Rubrikalar

“Turan”ın kapitanı komandadan uzaqlaşdırıldı


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Kim Un Yonq istefaya göndəriləcək. Koreyalı idman məmuru taekvando idman növünü Olimpiya oyunları proqramına daxil etmək üçün müxtəlif federasiyalardan 3 milyon dollar rüşvət almaqda ittiham olunur.



Həftəsonu Hollandiyada keçirilən Avropa Çempionatında Azərbaycan cüdoçuları komanda hesabında 10-cu olub. 7 nəfərlə turnirə qatılan Azərbaycan cüdoçularından yalnız 1 nəfər medal qazana bilib. 66 kq-da yarışan Azərbaycan idmançısı Elçin İsmayılov bütün rəqiblərini məğlub edərək 3-cü dəfə Avropa çempionu olub.



Azərbaycanın stend atıcıları Zemfira Meftəhəddinova və Emin Cəfərov Dünya Kubokunun Roma mərhələsində uğur qazana bilməyiblər. Beynəlxalq yarış təcrübəsi az olan Emin Cəfərov təsnifat mərhələsində 13-cü olub. Sidney Olimpiadasının qalibi, Afinada isə bürünc medal qazanan Zemfira Meftəhəddinova isə təsnifatda 9-cu olaraq Pekin Olimpiadasına vəsiqə qazana bilməyib.



Həftəsonu futbol üzrə Azərbaycan çempionatında çıxış edən “Turan”ın kapitanı Nadir Nəbiyev komandadan çıxarılıb. Ötən cümə günü Bakıda “Neftçi”yə 2-1 yenilən “Turan” çempionluq şansını itirib. Oyundan sonra komandanın rəhbərliyi əvvəllər “Neftçi”də oynayan Azərbaycan yığmasının hücumçusu Nadir Nəbiyevlə müqaviləni birtərəfli qaydada pozub. Futbol üzrə Azərbaycan çempionatının sonuna bir tur qalmış 75 xalı olan “Neftçi” birinci, eyni xalı olan “Xəzər-Lənkəran” isə ikinci sıradadır. “Turan” isə “Neftçi”yə yenilməklə 5-ci sıraya düşüb.



Azərbaycanın gənc bədii gimnastlar komandası İsraildə keçirilən beynəlxalq turnirdə 5-ci olub. Toplarla hərəkətlərdə ümumi hesabda 5-ci olan Azərbaycanın gənc xanım gimnastları ilk dəfə idi ki, beynəlxalq turnirə qatılırdı. İyunun əvvəlində bu komanda Azərbaycanı Moskvada keçiriləcək Avropa Çempionatında da təmsil edəcək.



İsraildə paralel olaraq keçirilən bədii gimnastika üzrə “Qran-Pri” yarışında isə Azərbaycanı təmsil edən Vəfa Hüseynova 29 idmançı arasında 22-ci olub.
XS
SM
MD
LG