Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:52

“Dondurmanın qiyməti qalxsa da, keyfiyyət dəyişməyib”


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir - Xaricdən gətirilən dondurmalar daha dadlıdır, amma onların qiyməti bahadır. İstərdim belə dondurmalar ölkədə istehsal edilsin ki, qiyməti də münasib olsun.



18 yaşlı Nailə.



- Bu gün aldığımız dondurmaların keyfiyyəti çox aşağıdır. Əksər hallarda onların üzərində istifadə müddəti göstərilmir. Qiymət qalxsa da, keyfiyyət dəyişməyib.



20 yaşlı Tural.



- Qiymətlər bir az bahadır, aşağı düşsəydi, lap yaxşı olardı.



19 yaşlı Səbinə.



Hazırda yerli dondurmaların qiyməti 500 manatdan 7000 manata, xaricdən, daha çox isə Rusiyadan gətirilənlərin isə 3500 manatdan 50000 manata kimidir.



“Millenium” dondurmaları mağazasının satıcısı Arif Quliyev deyir ki, bu il qiymətlərin keçən ilkinə nisbətən baha olmasının səbəbi südün bahalaşmasıdır. Arif Quliyev bu il Rusiyadan yeni dondurmaların gətirildiyini də deyir.



- Təzə gətirilən dondurmaların əksəriyyəti Moskva istehsalıdır. Məsələn, “Zolotoy Slitok”, “48 kopeyek”, “Larçik” Rusiyadan gətirilib. Yerli dondurmalarda isə hələ ki, yenilik yoxdur.



Bu yay dondurmaların qiymətinin aşağı düşüb-düşməyəcəyi isə hələ bəlli deyil.
XS
SM
MD
LG