Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Özbəkistandakı hadisələr orada yaşayan azərbaycanlılara necə təsir edib?


Səs: Real audio
BŞPİ-nin rəis müavini Yaşar Əliyev 2 nəfər polisin xəsarət aldığını deyir Salam, efirdə “Qlobus” proqramıdır. Mikrofonda Samirə Faiqqızı.



“Qlobus” proqramı xaricdə yaşayan azərbaycanlılara həsr olunub və “Qlobus”da biz müxtəlif səbəblərə görə vətənlərindən kənarda yaşayan, xarici ölkələrdə təhsil alan azərbaycanlılardan, eləcə də diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq. Bugünkü "Qlobus"un qonaqları:



- Özbəkistandakı Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov,



- Çexiyada oxuyan azərbaycanlı tələbə Vüsal Hacıyev ,



- Azərbaycan-Yaponiya Dostluq Assosiasiyasının sədri Rəhman Şahhüseynli,



- Və Fransada Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri Mirvari Fətaliyeva.



Mayın 20-də İsveçin paytaxtı Stokholm şəhərində Dünya Azərbaycanlıları Konqresinin 8-ci qurultayı öz işinə başladı. Qurultayın gedişində müzakirə ediləcək əsas məsələlər arasında İran azərbaycanlılarının problemləri və Qarabağ məsələsi olacaq. Qurultay bazar günü öz işini başa çatdıracaq.



Bu günlərdə Özbəkistanda çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı hadisələrin bu ölkədə yaşayan azərbaycanlılara təsir edib -etməməsini öyrənmək üçün Özbəkistandakı Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbovla əlaqə saxladıq.



Əgər yadınızdadırsa, ötən verilişdə demişdik ki, Özbəkistanda 60 minə yaxın azərbaycanlı yaşayır. Cənab Ağatalıbov deyir ki, Özbəkistandakı son zorakılıqlardan bu ölkədə yaşayan azərbaycanlılar zərər çəkməyiblər.



İkinci qonağım Praqada Karlov Universitetinin tibb fakültəsinin üçüncü kursunda oxuyan Vusal Hacıyevdir. Bu günlərdə Çexiyada azərbaycanlı tələbələr Azərbaycan-Çexiya Gənclər Təşkilatını yaradıblar. Vüsal Hacıyev təşkilatın idarə heyətinin üzvlərindən biridir. Tələbələrin çoxu Çexiyanın Brno şəhərində oxuduqları üçün yeni cəmiyyət Brnoda fəaliyyət göstərəcək.



"Qlobus"un növbəti süjeti isə Yaponiyadandır. Mayın 17-də Yaponiyanın Naqoya şəhərində “AİCHİ-Ekspo-2005” ümumdünya sərgisi çərçivəsində Azərbaycanın milli günləri keçirilib. Tədbirdə Azərbaycanı təxminən 100-ə yaxın adamın daxil olduğu nümayəndə heyəti təmsil edib. Bu barədə radiomuza Azərbaycan-Yaponiya Dostluq Assosiasiyasının sədri Rəhman Şahhüseynli danışdı.



Və "Qlobus"un axırıncı qonağı Fransadandır.



Fransada Azərbaycanlı Tələbələr Assosiasiyasının Paris bölməsinin rəhbəri Mirvari Fətaliyeva Paris Universitetində avropaşünaslıq üzrə magistraturada oxuyur və Azərbaycan-Fransa Ticarət Palatasında çalışır.



Mayın 21-də Parisdə Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkil etdiyi gənc Azərbaycan fotoqraflarının sərgisi açılıb.



Mayın 19-da Fransa Senatında “Qafqaz günü” adlı tədbir keçirilib. Bu tədbirdə Cənubi Qafqaz respublikalarında biznes mühiti barədə söhbət gedib.



Bu günə bu qədər. “Qlobus”da deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşmək istəyənlər “Azadlıq” radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər.
XS
SM
MD
LG