Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Müxalifət aksiyada xəsarət alanlar və tutulanlar olduğunu deyir


Səs: Real audio
Steynar Gil: «Mən öz gözlərimlə zorakılığı gördüm» ADP-AXCP-Müsavat seçki blokunun mayın 21-də keçirdiyi aksiyada tutulan və xəsarət alanlar haqda məlumat yayılıb.



Müsavat partiyası 20 nəfər üzvünün hazırda polis məntəqələrində saxlandığını deyir. Xəsarət alanların isə 33 nəfər olduğu bildirilir.



AXCP-nin mətbuat katibi İsaq Əvəzoğlu isə 290-dan çox partiya fəalının polis məntəqələrində saxlandığını, 69 nəfərin ciddi xəsarət aldığını deyir. Partiyanın 70-ə yaxın üzvü haqqında isə məlumat yoxdur.



ADP-nin baş katibi Sərdar Cəlaloğlu partiyanın iki üzvünün aksiya zamanı saxlandığını, daha sonra buraxıldığını deyir.



Liberal partiyanın funksioneri Əvəz Temirxan onlarla üzvlərinin döyüldüyünü bildirir. Partiyanın Yasamal rayon təşkilatının fəalı Fəxrəddin Hüseynovun sol çiyin sümüyü sındırılıb, o, əməliyyat olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG