Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:04

4 jurnalist polis zorakılığına məruz qaldığını bildirir


Səs: Real audio
Steynar Gil: «Mən öz gözlərimlə zorakılığı gördüm» ADP-AXCP-Müsavat seçki blokunun mayın 21-də keçirdiyi aksiyada dörd jurnalist onlara qarşı polisin zoraklıq etdiyini deyir. Bunlar «Zerkalo», «Azadlıq», «Boz qurd» qəzetlərinin əməkdaşları Fərid Teymurxanlı, Ərşad İbrahimli, Ramiz Nəcəfli və müstəqil jurnalist Fədai Qaraxanlıdır.



«Zerkalo» qəzetinin əməkdaşı Fərid Teymurxanlı polisin ona xəsarət yetirdiyini bildirir: «Əynimdə Mətbuat Şurasının jurnalistlərə verdiyi və üstündə «press» yazılmış göy gödəkcə olsa da, polislər buna əhəmiyyət vermədilər. Başıma və bədənimin müxtəlif hissələrinə dəyənəklə vurdular». F.Teymurxanlı media nümayəndələrinə başından aldığı xəsarəti də nümayiş etdirdi.
XS
SM
MD
LG