Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:12

Əflatun Amaşov yenidən MŞ-nin sədri seçildi


Səs: Real audio
Steynar Gil: «Mən öz gözlərimlə zorakılığı gördüm» Mətbuat Şurası Azərbaycan jurnalistləri və media orqanları üçün cərimələrin son həddinin müəyyən edilməsinə çalışır. Bu barədə müraciət müvafiq orqanlara ünvanlanıb. Azərbaycan jurnalistlərinin mayın 21-də baş tutan 3-cü qurultayında Mətbuat Şurasının yenidən sədri seçilən Əflatun Amaşov belə dedi. Həmin hədd KİV-lər üçün 2 milyon 500 min, jurnalistlər üçünsə 500 min manat nəzərdə tutulur. Ə.Amaşov bu rəqəmlərin daha real olduğunu deyir.



Ə.Amaşov media sahəsindəki problemlərdən danışaraq reket jurnalistikasına toxundu. Onun fikrincə, Elmar Hüseynovun qətlilə bağlı jurnalistlərdən ibarət ictimai təhqiqat qrupunun yaradılması yaxşı olardı.



MŞ-nin fəaliyyətindən narazılar da az deyil. Həmin narazılardan olan «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov qurultay mandatı və MŞ vəsiqəsindən imtina etdi. O, MŞ-ya üzvlüyə təqdim olunan namizədlər arasında hətta reket jurnalistlərin olduğunu da dedi.



Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə ümumilikdə Mətbuat Şurasının işini müsbət qiymətləndirir. Cənab Həsənov onu da deyir ki, mətbuatın 130 illiyi ilə əlaqədar prezident sərəncamı hazırlanır. Yubiley respublikada geniş qeyd olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG