Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:09

Polis AXCP-nin qərargahına hücum etdi


Səs: Real audio
Steynar Gil: «Mən öz gözlərimlə zorakılığı gördüm» Bir neçə dəqiqə əvvəl polis AXCP-nin qərargahına hucum etdi. Hadisə yerində olan müxbirlərimizin verdiyi məlumata görə, 10-15 nəfər polis əməkdaşı partiyanın qərargahına daxil olaraq, orda olan fəalları amansızcasına döydülər.



Partiyada bədən xəsarəti alanlar olduğundan təcili yardım maşını çağırıldı. AXCP sədrinin müavini Həsən Kərimov daha çox zorakılığa məruz qalıb.



AXCP-nin sədri Əli Kərimlinin maşını götürülüb, mühafizəçiləri isə saxlanıb.



Cənab Kərimli isə hazırda partiyanın qəragahına gələ bilmir.



AXCP-nin qərargahı qarşısında baş verənləri hüquq müdafiəçiləri və Norveçin Azərbaycandakı səfiri Steynar Gil müşahidə edirdi. Cənab Gil baş verənləri zoraklıq kimi qiymətləndirdi. O, dedi: «Mən öz gözlərimlə zorakılığı, kobud davranışı gördüm. İnsanların sərbəst toplaşmaq hüququ Konstitusiyada təsbit olunub və buna əməl edilməlidr».



Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirdi ki, onlarla adamın həbs olunması və polis zorakılığına məruz qalması haqqında məlumat var.



Hazırda AXCP-nin qərargahını polis mühasirəyə alıb və bura gəlib-gedənlərin hərəkətini məhdudlaşdırıb.



Bakı şəhər Baş Polis İdarəsindən hələlik tutulanların sayı barədə dəqiq məlumat olmadığını dedilər və bunu aksiyanın başa çatmamasıya izah etdilər.
XS
SM
MD
LG