Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Mətbuat Şurası təhlükəsizlik naziri ilə görüşdü


Səs: Real audio
Müxalifət partiyaları da beynəlxalq təşkilatlara müraciət etdilər Mayın 20-si axşam Təhlükəsizlik Nazirliyində Mətbuat Şurasının üzvləri ilə təhlükəsizlik naziri Eldar Mahmudov görüşüb. Bu barədə məlumatı görüşdə iştirak edən Mətbuat Şurasının üzvü Zeynal Məmmədlidən almışıq.



O deyir ki, Mətbuat Şurasının üzvləri nazir E. Mahmudova Elmar Hüseynovun qətli ilə bağlı istintaqın gedişindən və ictimaiyyətə çatdırılan məlumatların səviyyəsindən narazı qaldıqlarını bildiriblər.



Öz növbəsində nazir deyib ki, bu qətllə bağlı istintaq prosesi çox çətin gedir. Nazirin fikrincə, çətin iş şəraitinə paralel olaraq onlar medianın ciddi təzyiq və tənqidi ilə də üzləşirlər ki, bu da işin gedişinə mənfi təsir göstərir.



Zeynal Məmmədli bildirir ki, nazir Mətbuat Şurası üzvlərindən bu təpkilərin azaldılması üçün yardım istəyib və deyib ki, bu gün onlar işin mahiyyətinə dair bütün məlumatı ortaya qoya bilməzlər.



Mətbuat Şurası üzvünün sözlərinə görə, nazir E. Mahmudov Şuraya təklif edib ki, media ilə MTN arasında bu münasibətləri tənzimləmək, həmçinin işin mahiyyətinə dair məlumatları mediaya ötürmək üçün Şura bir nəfəri müəyyən edib bu barədə nazirliyi məlumatlandırsın. Zeynal Məmmədli deyir ki, Mətbuat Şurası bu təklifi bəyənib və yekun nəticəni də nazirliyə bildirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG