Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:46

AB seçkinin təşkilinə kömək etməyə hazırdır


Səs: Real audio
Müxalifət partiyaları da beynəlxalq təşkilatlara müraciət etdilər Avropa Birliyi mayın 20-də yaydığı bəyanatda Azərbaycanın ədalətli seçkilər keçirməsinin vacibliyini vurğulayır. Birlik seçki prosesinin yaxşı təşkil olunmasına kömək etməyə də hazır olduğunu bildirir.



Sənəddə deyilir ki, prezident İ.Əliyevin «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» sərəncamı seçki qanununun pozulmasının qarşısını ala biləcək mühüm bir sənəd ola bilər. Buna görə də AB Azərbaycan hakimiyyətinin bu sərəncamı tam yerinə yetirməsini gözləyir.



AB bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinə uyğun olaraq seçki qanunvericiliyinin bundan sonra da təkmilləşdiriləcəyinə ümid bəsləyir.



Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Quliyev bildirir ki, bu bəyanatla AB prezidentin xoş niyyətini qiymətləndirir, amma başa düşür ki, sərəncamda deyilənləri reallaşdırmaq üçün mexanizm yoxdur.



Politoloq Zəfər Quliyevə görə də parlament seçkiləri yaxınlaşdıqca, onun keçirilmə qaydasına diqqət artır. Beynəlxalq qurumlar ilk növbədə sərbəst toplaşma azadlığının bərpa olunmasına, söz azadlığının təmin olunmasına diqqət yetirirlər.Onun fikrincə, bu şərtlər reallaşmadan azad seçkidən danışmaq mümkünsüzdür.
XS
SM
MD
LG