Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09

Şəxsiyyət vəsiqələrinin verilmə müddəti uzadılmayacaq


Səs: Real audio
Müxalifət partiyaları da beynəlxalq təşkilatlara müraciət etdilər «Regional İnkişaf Mərkəzi»nin rəhbəri Çingiz İsmayılov bildirir ki, səsvermə hüququ olan vətəndaşların təxminən yarısı, yəni 2 milyon nəfərdən çox insan hələ də şəxsiyyət vəsiqəsi almayıb. Indi onlar noyabrda keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcəklər.



2005-ci il iyulun 1-də sovet pasportları qüvvədən düşəcək. Ç.İsmayılov deyir ki, şəxsiyyət vəsiqələrinin verilməsi indiki sürətlə davam edərsə, əhalinin seçkidə iştirak faizi çox aşağı olacaq.



Mərkəzi Seçki Komissiyası katibliyinin hüquq şöbəsinin müdiri İradə Hacıyeva isə deyir ki, onlar da vətəndaşların bir qisminin şəxsiyyət vəsiqəsi almamasından narahatdırlar. Onun sözlərinə görə, hazırda MSK Daxili İşlər Nazirliyi ilə danışıqlar aparır ki, bu problem noyabra qədər həll edilsin.



Amma xanım Hacıyeva onu da deyir ki, qanuna görə, seçkinin baş tutması üçün yetərsay yoxdur. Bu isə o deməkdir ki, seçki nə qədər insanın səs verməsindən asılı olmayaraq baş tutmuş sayılacaq.



DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirir ki, əhalinin böyük hissəsinin şəxsiyyət vəsiqəsi almaması haqda iddialar həqiqətəuyğun deyil. Onun bildirdiyinə görə, vətəndaşların 80 faizindən çoxu şəxsiyyət vəsiqəsi alıb. Seçkiyə qədər qalanlarının da alması təmin ediləcək.



E.Zahidov şəxsiyyət vəsiqələrinin alınması müddətinin uzadılmayacağını da deyir.



1994-cü ildə Milli Məclisin qəbul etdiyi «Pasportlar və ölkəyə gəlib-getmə haqqında», eləcə də «Şəxsiyyət vəsiqəsi haqqında» qanunlara görə, köhnə sovet pasportları şəxsiyyət vəsiqələriylə əvəzlənməlidir.

Şəxsiyyət vəsiqələrinin verilməsi 2001-ci ildən başlanıb. Həmin vaxtdan bəri sovet pasportlarının qüvvədən düşməsi ilə bağlı bir neçə dəfə son müddət müəyyən edilsə də, sonradan vaxt uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG