Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:58
Rubrikalar

«Ramstor»un 15 faizlik səhmi 750 min dollara satılıb


Səs: Real audio
Müxalifət partiyaları da beynəlxalq təşkilatlara müraciət etdilər Azərbaycandan 50 min ton benzin və 50 min ton dizel yanacağının ixrac edilməsi razılığını alan Ukrayna Qazaxıstanla da daışıqlara başlayıb. Qazaxıstanda səfərdə olan Ukraynanın xarici işlər naziri Boris Tarasyuk artıq benzinin alınması haqda razılıq əldə edib. «Rosbalt» agentliyinin məlumatına görə, 150 ton yüksək oktanlı Qazaxıstan benzini Azərbaycan ərazisi ilə Ukraynaya daşınacaq. Mayın 30-31-də isə prezident Viktor Yuşşenko Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə Ukraynaya daşınması haqda danışıqlar aparmaq üçün Astanaya gedəcək. Ukraynaya neft məhsullarının əsas ixracatçısı olan Rusiyanın «Lukoil» şirkəti həftənin əvvəlindən adambaşına 10 litrdən artıq benzin satılmasına qadağa qoyub.



Azərbaycandakı «Ramstor» Səhmdar Cəmiyyətinin 15 faizlik səhmi 750 min dollara satılıb. İstanbul Qiymətli Kağızlar Birjasından verilən məlumata görə, Mərkəzi Asiya Regional İnkişaf Fondundan səhmlərin alınması ilə Migros Türk Şirkəti «Ramstor»dakı payını təxminən 95 faizə çatdırıb. «Ramstor»dakı 5 faizlik paya malik olan digər şirkətin adl açıqlanmır.



Dünyada sayı 500-ə çatan «Ramstor» ticarət şəbəkələrinin Bakıdakı filialı 1996-cı ildə açılıb.



Mayın 20-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4777, 1 rubl 170, avro isə 6041 manatdır.
XS
SM
MD
LG