Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:29

«YOX» hərəkatının koordinatoru Qaraşəhər təcridxanasında saxlanır


Səs: Real audio
Müxalifət partiyaları da beynəlxalq təşkilatlara müraciət etdilər «YOX» hərəkatının beynəlxalq məsələlər üzrə koordinatoru Razi Nurullayevə beş sutka həbs cəzası verilib. Bunu həmin təşkilatın media koordinatoru Anar Natiqoğlu deyir. Onun bildirdiyinə görə, R.Nurullayev mayın 19-da gecə onlara zəng vuraraq Binəqədi rayon 5-ci polis bölməsinə aparıldığını və ona beş sutka iş kəsildiyini deyib.



A.Natiqoğlu Razi Nurullayevin Qaraşəhər təcridxanasında saxlandığını deyir.



Mayın 21-də aksiya keçirmək istəyən ADP-AXCP-Müsavat seçki bloku da onlarla üzvünün həbs olunduğunu bildirir. ADP-nin baş katibi Sərdar Cəlaloğlu indiyəcən bu üç partiyadan 40-a yaxın adamın saxlandığını deyir. Onlardan bir hissəsi buraxılıb, onlarla adamsa hələ də həbsdədir. S.Cəlaloğlu həbsləri 21 may yürüş-mitinqiylə əlaqələndirir.



Son günlər ayrı-ayrı fərdlərin polisə çağırılması, onlara aksiyada iştirak etməməyə görə hədə-qorxu gəlinməsi barədə də məlumatlar yayılıb.



Azərbaycan Liberal Partiyası müxalifətçilərin həbsindən narahatlıq bildirən bəyanat yayıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə yayılan məlumatları əsassız adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG