Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:54

ABŞ səfirliyi son həbslərdən narahatdır


Səs: Real audio
Müxalifət partiyaları da beynəlxalq təşkilatlara müraciət etdilər Mayın 20-də ABŞ-ın Azərbaycandakı səfirliyi bugünlərdə 30-dan çox müxalifət nümayəndəsinin həbs olunmasından narahatlığını ifadə edib. Səfirlikdən yayılan məlumatda qeyd olunur ki, bu addımlar Azərbaycan prezidentinin mayın 11-də imzaladığı «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» sərəncamının ruhuna xələl gətirir. Məlumatda hakimiyyət dairələri həmin sərəncamın həyata keçirilməsinə çağrılır.



Mayın 20-də ADP-AXCP-Müsavat seçki bloku da ABŞ hökuməti və beynəlxalq ictimaiyyətə müraciət edərək, yürüş-mitinqin keçirilməsi üçün Azərbaycan hökumətinə təsir göstərməyi xahiş edib.



Həmin partyalar Bakı şəhər İcra Hakimiyyəti icazə verməsə də, nəzərdə tutduqları aksiyanı keçirməyi qərara alıblar. Onlar seçkiqabağı şəraitin demokratikləşdirilməsi, seçki komissiyalarının formatının dəyişdirlməsi və jurnalist Elmar Hüseynovun qətlinin üstünün açılması tələbi ilə mayın 21-də yürüş-mitinq keçirməkdə israr edirlər.



Gün ərzində isə müxalifət dairələrində meriyanın aksiyanın «28 may» metro stansiyasının yanında deyil, mərkəzdən kənarda keçirilməsinə icazə vercə biləcəyinə dair ehtimallar səslənir. Amma BŞİH-in siyasi partiyalarla iş şöbəsinin əməkdaşı Zaur Ramazanov bu ehtimalları yalanladı.



Müsavat partiyasının başqan müavini Vurğun Əyyubsa Azərbaycan hakimiyyətinin belə bir təkliflə çıxış etməli olduğunu deyir. O, aksiyada partiyaların bütün potensialını ortaya qoyacağını deyir.



AXCP sədri Əli Kərimli isə bildirdi ki, tərəfdaşlarına polis zorakılığına cavab verməməyi tapşırıblar.



ADP-AXCP-Müsavat seçki bloku mayıy 21-də yürüş-mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Amma meriya mayın 25-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təntənəli açılış mərasimi ilə bağlı aksiyaya icazə verməmişdi.
XS
SM
MD
LG