Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:01

ATƏT 21 may aksiyasına icazə verilməməsindən narahatdır


Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” ATƏT-in Bakı ofisi müxalifət partiyalarının mayın 21-ə planlaşdırdığı yürüş-mitinqə Bakı şəhər İcra Hakimiyyətinin icazə verməməsindən narahat olduğunu bildirir. Təşkilatın Bakı ofisindən mayın 19-da yayılan məlumatda qeyd edilir ki, şəhər İcra Hakimiyyətinin qərarı prezident İlham Əliyevin mayın 12-də imzaladığı “Seçki praktikasının təkmilləşdirilməsi haqqında” sərəncama ziddir. Prezidentin imzaladığı həmin sənəddə yerli idarəetmə orqanlarına kütləvi tədbirlər üçün yer ayırmaq tapşırılır.



ADP, AXCP və Müsavat partiyalarının mayın 21-ə nəzərdə tutulan yürüş mitinqdə ölkədəki seçkiqabağı şəraitin demokratikləşdirilməsi, jurnalist E.Hüseynovun qətlinin üstünün açılması tələb etmək niyyətindədir. Bu aksiya ilə bağlı onların xəbərdarlıq məktubuna cavabında Bakı şəhər rəhbərliyi bildirmişdi ki, mayın 25-də BTC ixrac kəmərinin təntənəli açılış mərasimi keçirildiyi üçün etiraz aksiyası başqa vaxta təxirə salsınsın.



ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessi Bakı şəhər İcra Hakimiyyətinin bu qərarının prezidentin sərəncamın yerinə yetirilməsinə şübhə yaratdığını deyir. O, ümid edir ki, sərbəst toplaşma azadlığı vətəndaşların əsas siyasi hüququ kimi dərhal bərpa olunacaq.



Müsavat partiyası başqanının müavini Sülhəddin Əkbər ATƏT-in Bakı ofisinin bu mövqeyini təqdir edir və bu prinsipiallığın sona qədər davam etdiriləcəyinə ümidvar olduğunu söyləyir.



Yeni Azərbaycan Partiyasından millət vəkili Rəbiyyət Aslanova isə ATƏT-in Bakı ofisinin narahatlıq keçirməsinə əsas olmadığını deyir. Onun fikrincə, bu qərar şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək üçün qəbul olunub. Vaxtı gələndə mitinqlərin keçirilməsinə də icazə veriləcək.
XS
SM
MD
LG