Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:06

Əli İnsanov: «Parlament seçkilərində iştirak etməyəcəm»


Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” Səhiyyə naziri Əli İnsanov birmənalı olaraq payızda keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak etməyəcəyəni deyir. «Azadlıq» radiosuna verdiyi eksklüziv müsahibəsində cənab İnsanov seçkidə iştirak etmək istəməməsinin siyasətdən çəkilməsi olmadığını deyib: «Hara gedirəm, mən iqtidarda olan Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvüyəm, siyasətin içindəyəm, hara gedirəm?»



Ə.İnsanov siyasi partiya yaratması barədə yerli qəzetlərdə yazılanları da şaiyə adlandırır: «Mən Heydər Əliyev siyasətinə sadiqəm, bütün bunlar şayiələrdir».



Nazir müsahibəsində həmçinin bildirib ki, həkimlərlə dərman satan şirkətlər arasında işbirliyi barədə onda da məlumatlar var. Amma burada kriminal bir şey olmasa da belə hallarla mübarizə üçün konkret kimlərinsə şikayətləri lazımdır.



Səhiyyə naziri bildirir ki, gələn ildən tibbi təhsilin yeni sistemə - rezidenturaya keçməsi nəzərdə tutulur: “Sistemin mahiyyəti ondan ibarətdir ki, altı il təhsil aldıqdan sonra tələbələr arzularına müvafiq olaraq yenidən imtahan verib, təhsillərini bir neçə illiyə hansısa təcrübəli həkimin yanında davam etdirəcəklər».
XS
SM
MD
LG