Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:08
Rubrikalar

Buxarestdə «A» kateqoriyalı boks turnirinə start verilib


Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” Rumıniyanın paytaxtı Buxarestdə «A» kateqoriyalı boks turnirinə start verilib. «Qızıl kəmər» adlanan bu yarışda artıq birinci turun ilk qarşılaşmaları keçirilib. Azərbaycan bu turnirdə 9 idmançı ilə təmsil olunur. İlk döyüşlərini keçirən 6 azərbaycanlı boksçudan dördü - 48 kq. çəkidə Məhəmməd Əhmədov, 54 kq. çəkidə Elşən İsmayılov, 60 kq. çəkidə Romal Amanov və 64 kq. çəkidə Emil Məhərrəmov qələbə qazanaraq növbəti mərhələyə çıxıblar. Samir Məmmədov və Rahib Bəylərov isə ilk döyüşlərində olimpiya mükafatçılarına məğlub olaraq mübarizəni dayandırıblar.



Azərbaycanın qadınlardan ibarət voleybol komandası Belorus yığmasını ikinci yoldaşlıq görüşündə də məğlub edib. Quba Olimpiya Mərkəzində keçirilən oyun 3-1 hesabıyla Azərbaycan voleybolçularının xeyrinə başa çatıb. Beloruslu qızlar birinci görüşdə 0-3 hesabıyla məğlub olmuşdular. Bu komandaların növbəti yoldaşlıq oyunları mayın 22-23-də Bakı İdman Sarayında olacaq. Bunda məqsəd mayın 27-29-da Bakı İdman Sarayında qadınlar arasında keçiriləcək dünya çempionatının ikinci təsnifat mərhələsinin oyunlarına hazırlıqdır. Bu yarışda Azərbaycan yığması Rumıniya, İspaniya və Belçika komandaları ilə mübarizə aparacaq.
XS
SM
MD
LG