Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:43

E.Hüseynovun qətlində təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində təqsirləndirilən Gürcüstan vətəndaşı Tahir Xubanov hadisədən əvvəl baş redaktorun yaşadığı binaya yaxın ərazidə mənzil kirayələyib». Bu barədə mayın 19-da Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin jurnalistin qətlinin istintaqına dair yaydığı məlumatda deyilir. Rəsmi məlumata görə, cinayətin törədilməsində təqsirləndirilən daha bir şəxs, Gürcüstan vətəndaşı Teymuraz Əliyev də həmin mənzildə qalıb. Təqsirləndirilən şəxs kimi barəsində həbs qərarı çıxarılan Teymuraz Əliyev beynəlxalq axtarışa verilib.



Birgə məlumatda qeyd edilir ki, qətl yerindən tapılmış silah Rusiya istehsalıdır, Bolqarıstan firmasına satılıb. İstintaq qrupunun üzvləri Bolqarıstana ezam olunsa da həmin silahı alan şəxsi müəyyənləşdirmək mümkün olmayıb. Bolqarıstan qanunları qaz tapançalarının satışı üçün xüsusi icazə sistemi tətbiq etmir. Hadisə yerindən tapılmış toxunma papaq isə ABŞ-ın Federal Təhqiqatlar Bürosuna təqdim edilib.



Bu arada «Sərhədsiz Reportyorlar» təşkilatı da Elmar Hüseynovun qətli ilə bağlı apardığı araşdırmanın nəticələrini əks etdirən hesabat yayıb. Təşkilat jurnalistin qətlinin onun peşə fəaliyyəti ilə bağlı olması qənaətinə gəlib.



Hesabatda qeyd edilir ki, hökumət baş redaktorun qətli ilə bağlı iki versiyanı araşdıdır: E.Hüseynovun qətlinin onun peşə fəaliyyəti ilə əlaqədar olması və ikincisi qətlin xaricdən təşkil edilməsi.



Təşkilatın baş katibi Robert Menar rəsmi təhqiqatın prosedur baxımından qənaətbəxş olduğunu deyir: «Ancaq biz hökumətin bütün günahkarları – yalnız qatilləri deyil, sifarişçiləri də cəzalandırmasını gözləyirik».



Hesabatda vurğulanır ki, E.Hüseynovun qətlinin üstünün açılması parlament seçkiləri ərəfəsində Azərbaycan prezidenti üçün xüsusi əhəmiyyət kəsb edir. «Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra ölkədə söz azadlığı sahəsində vəziyyət pisləşib. 2004-cü ilin yanvarından ən azı səkkiz jurnalist həbs olunub, altısı qısa müddətə saxlanıb və ya qorxudulub» - deyə, hesabatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG