Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07

Müxalifət partiyaları 30-dan çox üzvünün həbs edildiyini deyirlər


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” «Üçlər» seçki blokunda təmsil olunan AXCP-Müsavat-ADP-dən bildirirlər ki, son günlər 30-dan çox üzvləri həbs edilib. Partiyalar bunu iqtidarın mayın 21-də keçirilməsi nəzərdə tutulan yürüş-mitinqi pozmaq cəhdi kimi qiymətləndirirlər.



Müsavat partiyasının başqan müavini Mehman Cavadoğlu deyir ki, saxlanılanların bir qismi məhkəmələrin qərarıyla 3-5 sutka müddətinə azadlıqdan məhrum edilib. Bir qisim cərimə olunub, digər qisim isə polis bölmələrində saxlanılır.



M.Cavadoğlu mayın 21-ə qədər həbslərin davam edəcəyini istisna etmir. Onun sözlərinə görə, hakimiyyət noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi rəqiblərinin sərbəst toplaşmaq hüququnu qəsdən məhdudlaşdırır.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, onlarda müxalifətçilərin kütləvi şəkildə həbs edilməsi barədə məlumat yoxdur.



«Üçlər»in mayın 21-də keçirmək istədiyi yürüş-mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib. Meriya bunu mayın 25-də paytaxtda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılış mərasimi ilə izahlayıb və müxalifətçilərə aksiyanı başqa vaxta keçirməyi tövsiyə edib. Müxalifət partiyaları isə bu qərarı əzassız hesab edərək, yürüş-mitinqi keçirməkdə israrlı olduqlarını bəyan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG