Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:00

Gəncədə şikayətçilərə prezidentə yaxınlaşmaq imkanı verilmədi


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” Mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərləri və Goranboy rayonuna səfər edib. Prezident Gəncə şəhər İcra Hakimiyyətində müşavirə keçirib. Tədbirdə cənab Əliyev Gəncə hava limanının yenidən qurulması ilə bağlı yerli icra orqanlarının rəhbərlərinə göstərişlər verib. Sonra prezident «Heydər Əliyev» muzeyinin tikintisi aparılan yerə baxıb. Cənab Əliyev «Cavad xan məqbərəsi»ndə, «Şah Abbas» məscidində olub. O, Gəncə Alüminium Zavodunun fəhlələri ilə də görüşüb.



Prezidentə şikayətlərini çatdırmaq istəyənlərə isə imkan verilməyib. Ölkə başçısının səfərindən xəbər tutan hətta ətraf ətraf bölgələrin sakinləri də Gəncəyə gəlmişdilər. Ancaq təhlükəsizlik xidməti onları prezidentə yaxın buraxmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG