Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Türkiyə Azərbaycanı NATO-ya üzvlüyə hazırlayır


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” «Yeni Azərbaycan» qəzetində Tofiq Vahidin müəllifi olduğu «Corc Buşa qarşı sui-qəsdi kim təşkil edib?» başlıqlı məqalədə müəllif yazır ki, naməlum killerin milliyyətcə erməni olması baş verən hadisəylə bağlı müəyyən mənzərə yaradır. Yazıda bildirilir ki, bu, Qafqaz bölgəsi uğrunda iri dövlətlər arasında gedən mübarizənin tərkib hissəsidir. ABŞ prezidentinə qarşı sui-qəsd təşkil etmək Amerika-Gürcüstan münasibətlərini pozmaq cəhdi kimi dəyərləndirilə bilər. Müəllifə görə, regional mübahisələr səbəbindən Rusiya-Gürcüstan münasibətləri o qədər də ürəkaçan deyil, sui-qəsdin təşkilində və erməni kartından istifadə edilməsində Rusiyanın da iştirakı olduğunu ehtimal sırasına aid etmək olar.



Müxalifətin mayın 21-ə planlaşdırdığı mitinqə icazə verilməməsinin səbəbləri haqda «Azadlıq» qəzetinin əməkdaşı Turqud yazır ki, istənilən aspektdən yanaşılanda bu iqtidarın özünə zərbədır. Onsuz da mitinqlərə gec-tez icazə veriləcəyini vurğulayan müəllifə görə, aqressivlik nümayiş etdirməklə hökumət özünə onsuz da az olmayan xarici təzyiqləri bir qədər də gücləndirir.

Məqalədə həmçinin ehtimal olunur ki, hakimiyyətdə olan bəzi qruplaşmalar da mitinqlərin keçirilməsini ləngitməklə ölkədə gərginlik yaratmaqda maraqlı ola bilərlər. Bu halda müəllif iki hakimiyyətdaxili qruplaşmanı və onların liderlərinin adını xüsusi vurğulayır. Həmin qruplardan birinə prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin, digərinə isə prezident İlham Əliyevin özünün rəhbərlik etdiyi qeyd olunur.



Nurani «Exo» qəzetindəki «İspaniya «Eto» təşkilatı ilə danışıqlara başladı» məqaləsində yazır ki, bu terrorçu təşkilat bir sıra terrorların törədilməsinə görə məsuliyyət daşıyır. Avropa dövlətlərinin bəziləri kimi İspaniya da bu qəbildən olan qruplaşmaları neytrallaşdırmaq üçün onlarla danışıqlara gedir. Müəllif yazır ki, bu cür müzakirələrə başlanması liderlərinin erməni milliyətindən olduğu bildirilən terrorçu təşkilatlarla bağlı məsələ qaldırmaq üçün Azərbaycana da şans verir. Müəllifə görə, bu yolla Azərbaycan həm də həmin təşkilatlar tərəfindən vaxtaşırı terrora məruz qaldığı barədə dünya ictimaiyyətini məlumatlandıra bilər.



«Ayna» qəzetindəki məqaləsində Cəsur Məmmədov Türkiyə Silahlı Qüvvələri Baş Qərərgah Rəisinin müavini, ordu generalı İlkər Başbuğun Azərbaycana səfərini şərh edib. Məllif yazır ki,

Azərbaycanı NATO-ya üzv olmaq üçün hazırlamaq yükü Türkiyənin üzərinə düşüb. Və bu səfərlə artıq həmin prosesin başlandığı isbatlanır. Müəllifə görə, general Başbuğ inteqrasiya planının yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün Azərbaycana intensiv olaraq səfər edəcək. Müəllif həmçinin İranla Azərbaycan arasında öz ərazilərindən üçüncü qüvvənin istifadə etməməsi barədə razılaşma imzalaması haqda deyilənlərə də diqqəti çəkir. O, yazır ki, belə bir addımın atılmasını sonradan təkzib edən Azərbaycan hərbçiləri NATO və Amerika, o cümlədənTürkiyə ilə münasibətləri gərginləşdirmək istəmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG