Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:49

"Təbriz Ekspres"də bu həftə: "İran məhkəmələrində müttəhim öz ana dilində danışa bilmir"


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə iqtidarla müxalifət partiyaları arasında “Davranış konsensusu” adlı sənəd imzalanıb. İki günlük qapalı müzakirələrin sonunda – mayın 18-də imzalanan 8 bəndlik sənədə görə, tərəflər öz aralarında qarşılıqlı münasibətləri müəyyən edirlər.



İlkin məlumata görə, sənəddə demokratiya normalarına riayət olunmasının vacibliyi, hakimiyyət dəyişikliyinin demokratik cəmiyyətin normalarından biri kimi qəbul edilməsi və heç bir siyasi partiyanın seçkilər nəticəsində əldə edilmiş hakimiyyəti inhisara almamasının zəruriliyi qeyd edilir.



Mayın 19-da ATƏT-in Bakı ofisinin sənədin tam mətnini açıqlayacağı gözlənilir.



Tədbirdə iştirak edən Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun sözlərinə görə, Seçki Məcəlləsinin dəyişdirilməsi, seçki komissiyalarının yenidən təşkili, mühacirətdə olan ADP sədri Rəsul Quliyev və eks-prezident Ayaz Mütəllibovun seçkilərdə iştirakına imkan yaradılması, «16 oktyabr» hərəkatı üzvlərinin üzərindən məhkumluğun götürülməsi ilə bağlı tərəflər arasında konsensus əldə olunmayıb.



AXCP sədri Əli Kərimlinin sözlərinə görə isə, sənədlə bağlı elə ciddi fikir ayrılığı olmayıb. Bəzi kiçik redaktələrlə tərəflər 8 bəndin hamısını razılaşdırıblar. O, hesab edir ki, sənədin imzalanması siyasi qurumlar arasındakı münasibətlərin tənzimlənməsinə kömək edəcək. Cənab Kərimli deyir ki, beynəlxalq qurumlar imzalanmış sənədə əsasən tərəflərdən izahat ala biləcək.



Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da bu sazişi müsbət hadisə kimi qiymətləndirir.
XS
SM
MD
LG