Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Müxalifət partiyaları son günlər təzyiqlərin artdığını deyirlər


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” Müsavat Partiyasından yayılan məlumata görə, son üç gündə partiyanın 6 üzvü ya polis tərəfindən həbs olunub, cərimə edilib, ya da başqa cür zorakılığa məruz qalıb.

Təqib və həbslərə məruz qalanlar həmin partiyanın Gədəbəy, Qusar və Səbayel rayon təşkilatlarının rəhbər və fəallarıdır.



Partiyanın Qusar rayon şöbəsinin sədri Vüqar Arazov bildirir ki, polis onu və ailə üzvlərini sıxışdırır: «Partiyadaşlarımı, qohumlarımı saatlarla polis bölməsində saxlayır, onları həbs etməklə hədələyirlər».



Mayın 18-də isə, V.Arazovun özü rayon polis bölməsinə aparılaraq sorğu-suala tutulub.



Azərbaycan Demokrat Partiyasından da mayın 18-də bu təşkilatın iki üzvünün Nərimanov rayon 18-ci polis bölməsinə aparıldığı bildirilir.



Həmin gün «Yenit Fikir» Gənclər Birliyinin sədri Ruslan Bəşirlini də mülki geyimli şəxslər Səbayel rayon 39-cu polis bölməsinə aparıblar. Səbəbi hələlik məlum deyil.



Mayın 18-də AXCP Nizami rayon şöbəsinə gələn polis əməkdaşları onlardan təşkilatın qəragahını boşaltmağı tələb ediblər. AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Xaliq Bahadır və partiyanın Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazlı polis bölməsinə aparılıb.



Mayın 18-i həmçinin polis əməkdaşları AXCP-nin qərargahının qarşısına toplaşıblar. Onlar partiyaya gəlib-gedənləri sorğu-suala tutub, binanın qarşısında dayananlardan tezliklə oranı tərk etmələrini tələb ediblər.



Müsavat Partiyasının yaydığı bəyanatda bu hadisələr mayın 21-də keçirilməsi nəzərdə tutulan yürüş-mitinq ərəfəsində müxalifət fəallarının və bütövlükdə əhalinin qorxudulmasına yönələn addımlar kimi qiymətləndirilir.



Milli Məclisin insan hüquqları daimi komissiyasının üzvü Bəxtiyar Sadıqov isə, deyir ki, hakimiyyətin müxalifətçiləri qorxutmasına ehtiyac yoxdur. «15-16 oktyabr hadisələri də göstərdi ki, iqtidar istənilən qarşıdurmanın qarşısını almağa qadirdir» - deyə, o, bildirir.
XS
SM
MD
LG