Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:53

V.Yuşşenkonun Azərbaycana səfəri bu ilin yayı və yaxud payızında olacaq


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” «Ukrayna Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir». Bu fikri Ukraynanın xarici işlər naziri Boris Tarasyuk deyir. O, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi ikitərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının, GUAM-daxili münasibətlərin müzakirə edildiyini bildirir.



«Biz GUAM-dakı əməkdaşlığımızı ayrıca müzakirə etdik. Həm Azərbaycan, həm də Ukrayna bu qurumun yaradıcılarından olub. Bizcə, bu təşkilat öz layiqli yerini tutmalıdır»- deyə, cənab Tarasyuk bildirdi.



Boris Tarasyuk onu da dedi ki, Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri barədə danışıqlar gedir: «Səfər bu ilin yayı və yaxud payızında baş tuta bilər».

Cənab Tarasyukun dediyinə görə, Ukrayna Azərbaycandan 40 milyon ton neft ala bilər. «Bunu razılaşdırmaq üçün Ukraynanın neft-qaz şirkətinin rəhbəri Bakıya gələcək»- deyə, nazir bildirdi.



Ukrayna xarici işlər nazirini prezident İlham Əliyev də qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG