Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:42

Rusiyadan Xəzərə neft tullantıları axıb


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” «Rusiyadan Xəzərin Azərbaycan sektoruna daxil olan neft ləkələrinin tərkibi təhlil olunub. Həmin ləkələrin tərkibindəki neftin miqdarı yol verilən normadan 80 dəfəyə yaxın çoxdur» - bu fikri Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov deyib. Onun sözlərinə görə, neft ləkələri kurort zonası olan Nabran - Yalama istiqamətində müşahidə edilib. Nazir deyib ki, neft tüllantılarının Xəzərə necə düşməsini aydınlaşdırmaq üçün Rusiya tərəfinə müraciət edilib.



Rusiya mətbuatının yazdığına görə, Şimali Qafqaz bölgəsində yağan aramsız yağışlar Terek və Sunja çaylarını öz məcrasından çıxarıb. Nəticədə çay suları Qroznı yaxınlığında təbii şəkildə yer səthinə çıxan neft gölməçələrini dənizə axıdıb.



Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, neft ləkələri ekoloji fəlakətə səbəb ola biləcək qədər olmasa da, narahatlığa əsas verir. Onun sözlərinə görə, onsuz da Xəzər neft tullantılarıyla çox çirklənib. Yeni çirklənmələr isə az da olsa, dənizin canlı aləminə mənfi təsir göstərəcək. T.Zeynalov neft ləkələrinin bölgədəki çimərliklərə də mənfi təsirini istisna etmir.
XS
SM
MD
LG