Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:18

Hüquqşünaslar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutur


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” Mayın 18-də 200-ə yaxın hüquqşünas Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək, Vəkillər Kollegiyasına buraxılmadıqlarını bildirirlər. Onlar məsələ ilə bağlı Azərbaycan məhkəmələrinə müraciət etdiklərini, ancaq bunun cavabsız qaldığını deyirlər.



Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edənlərdən biri, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Azərbaycanın vəkilliklə bağlı Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yalnız sözdə yerinə yetirdiyini deyir: «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanun beynəlxalq tələblərə cavab vermir. Vəkillər Kollegiyasının tərkibi keyfiyyətcə dəyişməyib».



«Viza» hüquq firmasının prezidenti, hüquqşünas Aslan İsmayılov isə, bu günlərdə prezident İlham Əliyevlə görüşündə ona vəkilliyin problemlərindən danışdığını deyir: «Prezidentə bildirdim ki, vəkillər haqqında qanuna görə, cinayətkar vəkil ola bilər, ancaq işdən çıxarılan ola bilməz. Prezident bunu absurd adlandırdı» - deyə, cənab İsmayılov bildirir. Vəkillər Kollegiyasının sədri Azər Tağıyev isə vəkillik sahəsində problemlərin olması fikriylə razı deyil. Onun dediyinə görə, əksinə, vəkillik institutu hazırda inkişaf edir.



Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edən hüquqşünaslar uzun müddət lisenziya əsasında vəkillik fəaliyyəti göstərib. 2004-cü ildə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanuna dəyişiklik ediləndən sonra vəkil statusunun onlara şamil edilməməsi hüquqşünasları Vəkillər Kollegiyasından narazı salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG