Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:10

“Özbəklərin qanı, Qərbin ikiüzlüyü”


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” --“İndependent”



“Özbəkistana münasibətdə Qərbin hazırkı siyasəti neft müqabilində 25 milyon özbəyin hüquqlarına xəyanətdir”.



Kərimovun öz rəqiblərini günahlandırdığı İslam fundamentalizminə gəlincə, Yaxın Şərqdə də cihad Qərbin qəddar diktatorları dəstəkləməsi nəticəsində doğub.



--“Krisçen Sayns Monitor”



Özbəkistanda zorakılığa reaksiya verərkən Vaşinqton və Moskva “od ilə su arasında qalmışdı”.



Rəsmi bəyanatlarında həm Rusiya, həm də Birləşmiş Ştatlar təsdiqlənməmiş 700 nəfərin ölümündən təəssüf bildiriblər.



Ancaq Gürcüstan, Ukrayna və Qırğızıstandan fərqli olaraq, bu iki fövqəldövlət Özbəkistan münaqişəsində tərəf saxlamaqdan çəkinib. Görünür, onların fikrincə, prezident Kərimov diktator olsa da, onun dünyəvi hakimiyyətinin zəifləməsi yaxşı olmazdı.



Moskva Şərqşünaslıq İnstitutundan İrina Zviqelskayanın sözlərinə görə, “Rusiya və Qərbdə narahatdırlar ki, Kərimov devrilərsə, bundan radikal islamçılar udacaqlar. Bu, nəinki Kərimovdan daha pisi ilə nəticələnə, hətta bütün Orta Asiya regionunda sabitliyi poza bilər. Belə perspektivi heç kim arzulamır”.



Mütəxəssislərin fikrincə, Rusiya və Birləşmiş Ştatların seçim variantı azdır.



Moskvadakı MDB İnstitutunun Orta Asiya departamentinin rəhbəri Andrey Qrozin deyir ki, “əslinə baxanda, bu iki bəla arasında seçimdir. Əndicanda baş verənlərin miqyasını nəzərə alsaq, Kərimovu müdafiə etmək qeyri-etikdir. Ancaq bu ölkədə Rusiyanın əsas qayğısı sabitlik olmalıdır, çünki, əgər xaos başlayarsa, problemlər məsaməli sərhədlər vasitəsilə sürətlə Rusiyaya keçəcək”.



Andrey Qrozinin fikrincə, “indiki şəraitdə yaxşı olardı ki, Birləşmiş Ştatlar və Rusiya Özbəkistanda sabitliyin qorunması üçün ümumi mövqe işləyib hazırlayardılar”.



--“Liberasyon”



Səfalət, işsizlik, korrupsiya və Kərimov hökumətinin qəddarlığı getdikcə daha çox gənci dini fundamentalizmə təhrik edir.



Ancaq nə Rusiya, nə Çin, nə də Birləşmiş Ştatlar Daşkənd müstəbidinin işinə qarışmayacaq.



“Biz ABŞ prezidenti Corc Buşdan Daşkəndə qarşı səlib demokratiya yürüşü başlamaq çağırışı eşitməyəcəyik. O, Gürcüstan, Ukrayna və Qırğızıstandakı kimi Özbəkistanda da inqilabın baş verməsini istəmir. Çünki, ehtimal ki, o, Kərimova vaxtilə Ruzveltin Stalinə bəslədiyi münasibəti bəsləyir. Yəni, “o, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır”.
XS
SM
MD
LG