Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:37

Oğlanlar evlənmək istəmirlər


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” - Əgər evlənsəm, azadlığım məhdudlaşacaq, özümü kimdənsə asılı hesab etmək istəmirəm.



24 yaşlı Rəşid.



- Evim, daimi işim olsaydı, evlənərdim.



21 yaşlı Teymur.



Avropa Şurasının statistik göstəricisinə görə, Azərbaycanda evlənənlərin sayı ötən illərlə müqayisədə artıb. Amma mənim söhbət etdiyim oğlanların əksəriyyəti evlənmək barədə düşünmürlər. Kimisi işsizlikdən gileylənir, kimisi də azadlığını itirəcəyindən qorxub subaylıq daşını atmır.



- Evlənmək fikrim yoxdur. Əsas səbəbi işsizlikdir. Fikirləşirəm ki, evlənsəm, iş tapa bilmərəm və bununla da ailədə problemlər yaranar.



22 yaşlı Fərid.



- Özümü psixoloji baxımdan hazır hesab etmirəm. Mən azadlığı sevirəm. Azadlığımın alınmasından qorxuram.



21 yaşlı Fərrux.



- Mən hələ gəncəm və gəncliyin dadını çıxartmaq istəyirəm.



22 yaşlı Nail.



Elə qızlar da onlardan geri qalmırlar. 23 yaşlı Natəvanın fikrincə, evlənmək istəyən oğlan əvvəlcə pul qazanmalıdır.



- Fikrimcə, indiki oğlanlar valideyn dayağı olmadan sərbəst həyata hazır deyillər. Hətta yol pulunu da valideynindən alan gənc necə ailə saxlaya bilər?



20 yaşlı Pərvin isə deyir ki, evlənməyə hazırlaşan gənc hər şeydən əvvəl azad fikirli olmalıdır.



- Oğlan mütləq azad olmalıdır, sərbəst düşünməyi bacarmalıdır. Oğlanın azad olması gələcək ailənin xoşbəxtliyini şərtləndirən ən başlıca amildir.
XS
SM
MD
LG