Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:25

Müsavat Partiyasının Qusar şöbəsinin sədri polis bölməsinə çağrılıb


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” Müsavat Partiyasının Qusar rayon şöbəsinin sədri Vüqar Arazov bildirir ki, polis onu və ailə üzvlərini sıxışdırır. Onun sözlərinə görə, mayın 12-də partiyanın rayon təşkilatının konfransı keçirildikdən sonra təzyiqlər başlayıb: «Partiyadaşlarımı, qohumlarımı saatlarla polis bölməsində saxlayır, onları həbs etməklə hədələyirlər». Mayın 18-də isə, V.Arazov rayon polis bölməsinə çağrılıb.



Qusar rayon Polis Şöbəsinin rəisi Eldar Cəfərov bildirdi ki, V.Arazovu rayon icra hakimiyyətinin məktubu əsasında bölməyə dəvət ediblər. «Müsavatçılar qanunsuz aksiyalar keçirmək istəyirlər. Onların polisə çağrılması xəbərdarlıq edilmələri ilə əlaqədardır»-deyə, E.Cəfərov bildirib.
XS
SM
MD
LG