Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:24

Polis və prokurorluq müxalifətçilərə xəbərdarlıq etdi


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev mayın 21-də keçirilməsi planlaşdırılan aksiyanın təşkilatçılarına xəbərdarlıq edib. Rəis müavini Mitinq Komitəsinin üzvləri Məmməd Zeynalov, Həsən Kərimli və Zakir Hüseynovla görüşü zamanı bildirib ki, icazəsiz yürüş-mitinqə görə bütün məsuliyyət müxalifətçilərin üzərinə düşür. Mayın 18-də cənab Əliyevin təşəbbüsü ilə BŞBPİ-də baş tutan görüşdə rəis müavini Bakı şəhər İcra Hakimiyyətinin yürüş-mitinqə icazə verməməsini bir daha xatırladaraq, müxalifətçiləri bu qərarla barışmağa çağırıb. «Polis seyrçi mövqeyində dayanmayacaq»-deyə, o, bildirib.

Görüşdə Bakı şəhər Prokurorluğunun nümayəndələri də iştirak edib.

MK-nin üzvləri isə, aksiyaya icazə verilməməsi qərarını qeyri-qanuni saydıqlarını və yürüş-mitinqi keçirməkdə israrlı olduqlarını bildiriblər. Müxalifətçilər sanksiyalaşdırılmamış aksiyaya görə bütün məsuliyyətin iqtidarın üzərinə düşdüyünü də bəyan ediblər.



ADP-AXCP-Müsavat partiyaları mayın 21-də yürüş-mitinq keçirmək müraciəti ilə BŞİH-ə müraciət etsə də, meriyadan aksiyaya icazə verilməmişdi. Bu qərar aksiyanın mayın 25-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılış mərasimi ilə üst-üstə düşməsi ilə əsaslandırılmışdı.

BŞİH 2003-cü ilin prezident seçkisindən bu yana müxalifət partiyalarının heç bir kütləvi tədbirinə icazə verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG