Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:39

Rəsul Quliyevin ailəsi Azərbaycana qayıtdı


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” «525-ci qəzet»dəki «Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var» məqaləsində bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Varşava görüşünün yekunu barəsində nikbin bəyanat yayıblar.



«Azadlıq» qəzetindəki «hakimiyyət mitinqə «yox», müxalifət isə «hə» deyir» məqaləsində bildirilir ki, şəhər meri Hacıbala Abutalıbov elə bilir ki, müxalifət mayın 21-dən 25-dək mitinq edəcək.



«Üç nöqtə» qəzetindəki «Məcburi köçkünlərin məskunlaşdıqları binalarda təmir işləri başlayır» məqaləsində bildirilir ki, bu siyahıda 176 obyekt var.



«Bakı-Xəbər»dəki «Eks spiker Rəsul Quliyevin ailəsi Azərbaycana qayıtdı» məqaləsində bildirilir ki, yaxın vaxtlarda onun özünün də Bakıya gələcəyi gözlənilir.



«Yeni Azərbaycan» qəzetindəki «Türkiyə Qarabağ məsələsində bir daha Azərbaycanın maraqlarını qorudu» məqaləsində bildirilir ki, Ermənistan prezidentinin iddiaları Ərdoğan-Köçəryan görüşünün baş tutmamasına səbəb olub.



«Xalq Cəbhəsi» qəzetindəki «Spikerə qətiyyətli olmaq çağırışı» məqaləsində bildirilir ki, deputat Zahid Oruc spikeri parlamenti 37-ci il qanunları ilə idarə etməkdə suçladı.



«Yeni Müsavat»dakı «Azərbaycanla İran arasında məxfi razılaşma» məqaləsində bildirilir ki, müdafiə naziri Səfər Əbiyev iranlı həmkarı ilə görüşündə «biz İranın düşmənlərinə heç bir baza verməyəcəyik»- deyib.



«Ayna» qəzetindəki «Fərqanə vadisinin bürküsü» başlıqlı məqalədə bildirilir ki, Azərbaycan da domino prinsipinin qurbanıdır.
XS
SM
MD
LG