Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

E. Məmmədyarov Avropa Birliyini Qarabağ münaqişəsinin həllində fəallığa çağırdı


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” Avropa Şurasının Varşava sammitinin mayın 17-dəki toplantısında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Cənab Məmmədyarov Avropada təhlükəsizliyin qorunması naminə Qarabağ münaqişəsi kimi problemlərin həllinin vacibliyini qeyd edib. Nazir deyib ki, Azərbaycanın təhlükələrdən müdafiə qabiliyyəti Avropa və Avro-Atlantika çərçivəsində əməkdaşlıqdan çox asılıdır. E. Məmmədyarov Avropa Birliyini Dağlıq Qarabağ münaqişəsinə göz yummamağa, problemin həllinə çalışmağa çağırıb.



Varşava sammiti çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçıları, xarici işlər nazirlərinin ikitərəfli görüşləri də olub. Prezidentlərin təkbətək söhbəti iki saatdan çox çəksə də, görüş barədə mətbuata açıqlama verilməyib. Yalnız xarici işlər naziri E.Məmmədyarov yerli kütləvi informasiya vasitələrinə bildirib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunmasına razıdır. İndi torpaqların boşaldılması qrafiki müzakirə olunmaqdadır.

Görüş barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında isə deyilir ki, tərəflər yenə də münaqişənin sülhlə həllində maraqlı olduqlarını bildiriblər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə danışıqların Praqa görüşlərinin müsbət nəticələri əsasında davam etdirilməsi barədə tapşırıq verilib. İndi Minsk qrupu həmsədrləri tərəflərlə məsləhətləşmələrin cədvəlini hazırlayır.

Avropa Şurasının baş katibi Terri Devis isə Varşavada keçirdiyi mətbuat konfransında qurumun Azərbaycana parlament seçkilərinə yaxşı hazırlaşmağa yardım göstərmək üçün tədbir gördüyünü deyib.

Cənab Devis «Turan» İnformasiya Agentliyi əməkdaşının sualını cavablandırarkən, «biz Azərbaycanda xalqın azad seçki hüququnun reallaşması üçün hər şeyi edəcəyik. Lakin ədalətli seçkilərə nail olmaq Azərbaycan xalqının işidir"-deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG