Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:56

Rəsmi Bakı İranla hərbi əməkdaşlıq aktında hərbi baza məsələsinin olmadığını deyir


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” İranın rəsmi İRNA agentliyi məlumat yayıb ki, mayın 16-da Tehranda İranla Azərbaycan öz ərazilərində üçüncü ölkənin hərbi baza yaradıb digərinə hücum üçün istifadə etməməsini nəzərdə tutan hərbi memorandum imzalayıblar.



Müdafiə sahəsində qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimindən sonra İranın müdafiə naziri Əli Şamxani bildirib ki, sənədin 5-ci maddəsi hər iki tərəfə öz hərbi bazasını digərinə hücum üçün üçüncü ölkəyə təklif etməsini qadağan edir.



İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Lütfəli Əzimzadə məlumatın dəqiqliyinə şübhə etməyə əsas olmadığını deyir.



Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov iki dövlət arasında hərbi əməkdaşlıq haqqında memorandumun imzalandığını təsdiq etsə də, çox təfərrüata varmaq istəməyib. Bircə onu deyib ki, memorandum əsgər və zabitlərə hərbi kurslar keçilməsini də nəzərdə tutur.



Azərbaycanın Müdafiə Nazirliyi mətbuat xidmətinin nümayəndəsi İlqar Verdiyev isə deyir ki, sazişdə beynəlxalq təhlükəsizlik və müdafiə siyasətiylə bağlı birgə tədbirlər keçirilməsi də nəzərdə tutulur. Amma sənəddə İran və Azərbaycanın bir-birinin ərazisində uçüncü ölkənin hərbi baza yaradaraq ondan digər olkəyə hucum uçun istifadə edilməsiylə bağlı razılaşmanı əks etdirən bənd yoxdur.



Nazirliyin yaydığı rəsmi məlumatda bildirilir ki, bu gün ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş və «Kapstoun» Qrupunun nümayəndələri də müdafiə naziri Səfər Əbiyevlə görüşüblər. Rəsmi məlumatda bu görüş zamanı Azərbaycan-ABŞ hərbi əməkdaşlığı haqqında ətraflı müzakirələr aparıldığı bildirilir.

Türkiyə Ordusunun Baş Qərərgah rəisinin müavini İlker Başbuğ da bu gün müdafiə naziri Səfər Əbiyevin qəbulunda olub. Görüşdə Azərbaycan-Türkiyə hərbi əlaqələrinin perspektivinə dair müzakirə aparıldığı bildirilir.
XS
SM
MD
LG