Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:47

Məhəbbəti pulla almaq olarmı?


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” Ülvi Məmmədov: Məhəbbəti pulla almaq olar.



Günel Nağıyeva: Ancaq mən fikirləşirəm ki, məhəbbəti pulla almaq olmaz.



Bu, Bakı Dövlət Universitetinin debatçı tələbələri Ülvi Məmmədov və Günel Nağıyevadır. Gəlin, söhbətin davamını dinləyək, görək, kim bizi öz arqumentləri ilə inandıracaq. Buyur, Ülvi.



Ülvi Məmmədov: Məhəbbəti pulla almaq olar. Məsələn, oğlan öz sevgisini qıza etiraf edəndə həmin qız cavab verməzdən əvvəl onun maddi durumunu öyrənir və sonra lazımi addımı atır.



Günel Nağıyeva: Heç də bütün qızlar ailə qurmazdan əvvəl oğlanın pulu, maşını, var-dövləti ilə maraqlanmırlar. Onlar ilk növbədə öz hisslərinə tabe olaraq sevdikləri oğlanı olduğu kimi qəbul etməyi bacarırlar.



Ülvi Məmmədov: Sizcə bu məhəbbət uzun sürə bilər?



Günel Nağıyeva: Məncə uzun sürə bilər. Əksinə, var-dövlətə olan məhəbbətin ömrü çox qısa olur. Oğlanın var-dövlətinə, zənginliyinə olan məhəbbətdənsə, onun olmamağı daha yaxşıdır.



Ülvi Məmmədov: Əgər ailədə evin böyüyü öz xanımının tələbatlarını ödəyə bilmirsə, burada hansı məhəbbətdən söhbət gedə bilər. Maddi problemlər ortaya çıxdıqca istər-istəməz ailədə söz-söhbət də yaranır.



Günel Nağıyeva: Pul sadəcə həyatımızı təmin etmək üçün bir vasitədir. Bu o demək deyil ki, pul yoxdur deyə biz hörmətsizlik göstərməli, kimisə sevməməliyik.



Ülvi Məmmədov: Mən öz mövqeyimdə qalaraq deyirəm ki, məhəbbəti pulla almaq olar.



Günel Nağıyeva: Məhəbbətinizi satmayın ki, onu alan tapılsın.
XS
SM
MD
LG