Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:32

İqtidar və müxalifət «Davranış Məcəlləsi» adlı sənəd imzalayacaq


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” Mayın 17-də ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə iqtidarla müxalifət bir araya gəldi. Bəzi mətbuat səhifələrində bu tədbir iqtidarla müxalifət arasında dialoq kimi qələmə verilsə də, AXCP sədri Əli Kərimli tədbiri iqtidarla müxalifətin birgə iştirak etidiyi seminar adlandırır. Onun sözlərinə görə, seminarın sonunda tərəflər şərti olaraq hazırlanmış «Davranış Məcəlləsi» adlı sənəd imzalayacaq.



Görüşə iqtidaryönlü partiyalardan yalnız birinin – Yeni Azərbaycan Partiyasının dəvət edilməsini isə adıçəkilən partiyanın icra katibi Əli Əhmədov mənfi qiymətləndirdi.

Tədbirdə heç bir yeni ideya olmadığını da əlavə edən Ə.Əhmədov bütün hallarda belə görüşlərin keçirilməsinin vacib olduğunu bildirir.



Tədbir mayın 18-i də davam etdiriləcək.



Bundan əvvəl iqtidar və müxalifət ATƏT-in vasitəçiliyi olmadan YAP qərargahında bir araya gəlmişdi. Həmin vaxt növbəti görüş yeri kimi AXCP-nin qərargahı seçilmişdi. Ancaq bunun vaxtı dəqiqləşdirilmədiyindən görüşün nə vaxt baş tutacağı məlum deyil.
XS
SM
MD
LG