Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

Bölgələrdə əkin-biçin texnikası çatışmır


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” Azərbaycan kəndlisi əkin-biçin mövsümü başlayan kimi kənd təsərrüfatı texnikasının azlığından şikayət etməyə başlayıb.



Kənd təsərrüfatı naziri İsmət Abbasov 1991-ci ildən bəri Azərbaycan dövlətinin 1 dənə də yeni traktor və ya kombayn almadığını deyir. Onun sözlərinə görə, ölkəyə gətirilən yeni texnikanın hamısı Yaponiya hökumətindən alınan qrant hesabına əldə olunub.



Mərkəzi Aran iqtisadi zonasına aid olan Sabirabad rayonu əsasən taxılçılıq və pambıqçılıqla məşğuldur.



Bu rayonun Muğangəncəli kəndində 25 ilə yaxın mexanizator işləyən Altay Xudiyev Sabirabad kəndlisinin torpağını əkib-biçmək üçün texnika tapmadığını deyir. Rayonda olan Sovet dövründən qalma kombaynlar o qədər köhnəlib ki, hər il onların təmirinə 1000 dollara yaxın pul sərf etmək lazım olur. Yeni kombaynı almağa isə kəndlinin imkanı çatmır.



Onun sözlərinə görə, 2-3 il əvvəl 30-35 min dollara satılan kombaynlar indi 60 min dollardır. Amma əgər kombaynlar uzun müddətli kreditlə verilərsə, yerli fermerlər kombayn ala bilər.



Bu fikirlə razılaşan Qusar Kəndli Fermer Şurasının sədri Benyamin Zalov bu şimal rayonunda kənd təsərrüfatı texnikası ilə bağlı daha böyük problemlərin olduğunu deyir. Onlar traktor və kombaynları yüzlərlə kilometr uzaqda yerləşən bölgələrdən gətirirlər.



Benyamin Zalov yerlərdə müasir texnikanı istifadə emək üçün kadrların olduğunu, amma texnikanın alınması üçün lazımi vəsaitlərin olmadığını deyir.



Onun sözlərinə görə, başçılıq etdiyi Fermer Şurasının 40-a yaxın üzvü olsa da, 1 dənə belə kənd təsərrüfatı texnikaları yoxdur. Yeni texnikanı Qusarda kreditlə almaq üçün isə ilkin ödəmə kimi 8-9 min dollar, Bakı və ya Qusar şəhərində daşınmaz əmlak – ev sahibi olmaq lazımdır. Kəndlilərin isə əksəriyyətində belə bir imkan yoxdur.
XS
SM
MD
LG