Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:38

“Azərbaycan: Vaşinqton və Tehranın döyüş meydanı?”


Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” --“Stratfor”



İran və Azərbaycanın müdafiə nazirlikləri arasında imzalanan sənədə əsasən, hər iki tərəf 3-cü ölkənin onların ərazisində hərbi baza yaradaraq digərinə hücum etməsinə imkan verməməlidir.



Tehranın bu sazişdə məqsədi aydındır: Birləşmiş Ştatların Azərbaycan ərazisindən İrana mümkün hücumlarının qarşısını almaq.



Hərbi əməkdaşlıq sazişinin təfərrüatları tam açıqlanmasa da, çox ola bilsin ki, hücum etməmə paktı müqabilində İran Azərbaycana Ermənistanla müharibədə lazım ola biləcək hərbi texnika, ya da yardım vəd edib.



İranla Azərbaycan arasında imzalanan hərbi memorandum uzunömürlu olmaya da bilər.



Parlament seçkiləri yaxınlaşdığından Vaşinqton İlham Əliyevə lazımınca təzyiq edərsə, Bakı İranla hücum etməmə paktına xəlvəti də olsa yenidən baxa bilər. Habelə, hakimiyyəti yeni Qərbyönümlü hökumət götürərsə, o, ehtimal ki, keçmiş hökumətin imzaladığı hərbi sazişləri tanımayacaq.



--“Faynenşl Tayms”



Özbəkistan prezidenti İslam Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb.



“Öz qoşunlarına Əndicanda nümayişçilərə atəş açmaq əmri verməklə Kərimov son illər etiraz aksiyalarını bu cür amansızlıqla yatırdan ilk keçmiş Sovet respublikası lideri olub”.



Və bu, Kərimovun post-Sovet məkanını bürümüş etiraz aksiyalarının növbəti qurbanı olmağa hazırlaşmadığını göstərir.



Eduard Şevardnadze, Leonid Kuçma və Əsgər Akayev nümatyişçilərə qarşı qoşun çıxarmağa cürət etmədən hakimiyyətlərini itirmişdilər.



Zənn edilir ki, Kərimovun devrilməsi nə Rusiya, nə də ABŞ-ın marağındadır. Çünki, onun hakimiyyəti yerində daha bir İslam respublikası peyda ola bilər.



Ancaq Amerika Karneqi Fondunun əməkdaşı Marta Bril Olkott hesab edir ki, Özbəkistanda hazırkı xalq qiyamlarının kökündə din yox, səfalət dayanır.



--“Qardian”



Əgər Əndicanda tələfatlar barədə məlumatlar doğrudursa, onda bu, 1989-cu ildə Çində Tyananmen meydanında demokratik hərəkatın yatırılmasından sonra Asiya ölkələrində hakimiyyətin xalqa ən qanlı divanıdır.



Tezliklə hamının unudacağı sərt töhmətlər yetərli deyil.



“Birləşmiş Ştatlar geopolitika ilə demokratiya arasında düzgün balans qurmalıdır”.



--“Di Velt”



İslam Kərimov qonşusu, prezident Əsgər Akayev kimi hakimiyyətini itirmək istəmir.



Akayevdən fərqli olaraq, Kərimov onu devirmək istəyən mitinqçiləri amansızlıqla yatırmağı əmr edib.



Kərimov Gürcüstan, Ukrayna və Qırğızıstanda “qızılgül, portağal və lalə” inqilablarına öz cavabını verib. 67 yaşlı prezident xalqına qarşı qoşun göndərib. Kərimov hələ keçmiş kommunist fəalı olarkən qəddarlıqda təlim keçmişdi.



--“Deyli Teleqraf”



Qırğızıstana qaçan özbəklər keçən həftə Əndicanda toqquşmalar zamanı ölənlərin sayının yüzlərcə deyil, minlərcə olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG