Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:27

Cəlal Əliyev ANS-i yenidən təhqir etdi


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” Milli Məclisin mayın 17-də keçirilən iclasında millət vəkili, prezident İlham Əliyevin əmisi Cəlal Əliyev yenidən ANS teleşirkətinin əməkdaşlarını təhqir etdi. Bildirdi ki, şirkət haqqında əvvəl dediklərinin üstündə durur. Cəlal Əliyev: «ANS cinayət, əxlaqsızlıq yuvasıdır, oranı dağıtmaq, bağlamaq lazımdır».



Millət vəkili deputat həmkarlarının ünvanına da təhqiramiz ifadələr işlətdi. Həmkarlarını «toy generalları» adlandıran C.Əliyev, onları məsələyə münasibət bildirməməkdə ittiham etdi. O, ANS əməkdaşlarını nəzərdə tutaraq «belə təhqirlərə görə, tapançanı adamın alnına dayayır, sonra da aparıb prokurorun stolunun üstünə qoyur, təslim olurlar» - dedi.



Gün ərzində əlaqə saxlasaq da, ANS teleşirkətinin mövqeyini öyrənə bilmədik.



Bu il mayın 3-də də millət vəkili Cəlal Əliyev ANS Şirkətlər Qrupu və onun rəhbərlərini təhqir etmişdi. Həmin vaxt prezident İlham Əliyev ANS rəhbərlərini qəbul edərək, bu cür təhiramiz ifadələrin əleyhinə olduğunu demişdi. Şirkətlər Qrupu millət vəkili barəsində tədbir görülməsi üçün MM-ə müraciət etsə də, parlament rəhbərliyi buna ehtiyac olmadığını bildirmişdi.
XS
SM
MD
LG