Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:05

Amerikalı ekspert parlament seçkilərinədək sülh sazişini istisna etmir


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” Söhbət etdiyim ekspertlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən proseslərin getdiyini düşünür.



Harvard Universitetinin Xəzər Araşdırmalar Proqramının tədqiqat direktoru Brenda Şaffer Azərbaycan və Ermənistan prezidentlərinin görüşdən sonra mediaya heç bir açıqlama verməməsini müsbət qiymətləndirir.



Onun fikrincə, bu, danışıqlarda ciddi məsələnin müzakirə olunmasının göstəricisi ola bilər. Ancaq digər tərəfdən, xanım Şaffer indilik Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə mane olacaq bir sıra amillər sadalayır.



“Hazırda Birləşmiş Ştatlar üçün regionda məşğul olası məsələlər çoxdur, ona görə də bu münaqişənin həllinə görə onlardan ciddi təşəbbüs yoxdur. Digər tərəfdən, Bakı-Ceyhan layihəsinin təhlükəsizliyi Birləşmiş Ştatlar üçün çox mühümdür. Hazırda BTC-nin təhlükəsizliyinin təminatı gündəlikdə duran əsas məsələdir”.



Brenda Şaffer Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm olan digər amillərə də toxundu.



Onun dediyinə görə, son vaxtlar Azərbaycan daha çox beynəlxalq təşkilatların dəstəyini qazanıb. Düzdür, Türkiyəyə təzyiqlər edilir ki, Ermənistanla sərhədi açsın. Xanım Şafferin fikrincə, əgər Dağlıq Qarabağ danışıqlarında ciddi nəticə olmadan Türkiyə Ermənistanla sərhədi açsa, bunun danışıqlara mənfi təsiri olar. Çünki, bu məsələ Ermənistana dinc təzyiq vasitələrindən biridir.



Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev də hələlik beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin daha üstün olduğunu bildirir. Belə ki, həm Avropa Birliyi, həm də Avropa Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyib.



Elxan Mehdiyevin fikrincə, Ermənistan prezidentinin Avropa Şurasının Varşava sammitində çıxışı onun özünə qarşı yönəlib.



Ermənistan dövlət rəsmilərinin sammitdə etdikləri çıxışlarla bağlı Harvard Universitetinin Xəzər Araşdırmalar Proqramının tədqiqat direktoru Brenda Şafferin fikri belədir ki, belə çıxışlar daha çox ölkədaxili ictimaiyyətə hesablanıb, hökumətin nüfuzunu qaldırmaq məqsədi güdür.



Xanım Şaffer Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanda payızda keçiriləcək parlament seçkilərinin əhəmiyyətini vurğulayır. Dünya bu regionda demokratikləşmədə maraqlı olduğundan bu seçkilərə diqqət verəcək, onun necə keçirildiyinə nəzarət edəcək.



“Ola bilsin, Azərbaycan seçki ərəfəsində böyük siyasi dəyişiklik etsin, məsələn, sülh sazişi kimi. Ancaq, bir məsələ də var ki, Azərbaycan həmişə bitkin sülh müqaviləsi istəyib”.
XS
SM
MD
LG