Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:51

Azərbaycan İranla hərbi sazişdən nə qazanır?


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” «Müstəqil qəzet»in şərhçisi Zərdüşt Əlizadə deyir ki, İran son illər ABŞ-ın təzyiqlərinə məruz qalır, hətta dünya mətbuatında Amerikanın İrana hücum edəcəyi barədə ehtimallar səslənir. Buna görə də indi İran öz qonşuları ilə münasibətləri sıxlaşdırmaqda maraqlıdır.



Zərdüşt Əlizadə hesab edir ki, İran üçüncü dövlətin Azərbaycan ərazisindən istifadə edib ona hücum etməsindən ehtiyatlanır və imzalanan hərbi əməkdaşlıq memorandumu da Azərbaycandan buna yol verməyəcəyi barədə təminat almağa yönəlib.



O, memorandumu Azərbaycan üçün də sərfəli hesab edir və deyir ki, İranla Azərbaycan arasında bir sıra həll edilməmiş problemlər var, o cümlədən Xəzərin statusu problemi.



Zərdüşt Əlizadənin qənaətincə, belə bir memorandumu imzalamaqla Azərbaycan da İrandan problemi dinc həll etmək barədə təminat almış olur.



Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə memorandumun imzalanmasını müsbət hadisə saysa da, onun Azərbaycan üçün o qədər də böyük əhəmiyyəti olmadığını deyir. Vəfa Quluzadə hesab edir ki, həmin sənəd daha çox İrana sərfəlidir.



«Azərbaycana gəldikdə isə, Azərbaycan İran kimi böyük dövlətin ona qarşı aqressivliyinin azalmasına nail ola bilər».



Amma sabiq dövlət müşaviri İranla Azərbaycan arasında imzalanan hərbi memorandumun uzunömürlu ola biləcəyinə inanmır.



«Əgər İrana hücum olsa, ABŞ-ın hərbi müttəfiqi olan Azərbaycan bu memoranduma nə dərəcə əməl edəcək, hansı seçimi edəcək - bunu indidən demək olmaz».



Vəfa Quluzadə onu da deyir ki, İranla Azərbaycan arasında imzalanan memorandum Qərb ölkələrində, o cümlədən ABŞ-da müəyyən qıcıq yarada bilər.



Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Xaləddin İbrahimli isə deyir ki, Azərbaycan hazırkı şəraitdə İrana hava və su kimi lazım olan belə bir sənədə imza atmamışdan əvvəl qonşusundan bəzi güzəştlər qopara bilərdi.



Xaləddin İbrahimlinin sözlərinə görə, bu güzəşt İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana yardımı dayandırması, yaxud onun Xəzərin dibinin bölünməsiylə bağlı öz mövqeyini yumşaltması ola bilərdi.



Zərdüşt Əlizadə isə deyir ki, memorandum İranda yaşayan azərbaycanlıların təhlükəsizliyi baxımından da Azərbaycan üçün sərfəlidir.



«Azərbaycan istəməz ki, İrana qarşı müharibə başlasın və İran vətəndaşı olan on milyonlarla etnik azərbaycanlı arasında itki olsun» - deyə o, bildirib.
XS
SM
MD
LG