Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:09

Bu gün ATƏT müxalifətlə hakimiyyəti görüşdürür


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” Dağlıq Qarabağ danışıqları mərhələli həll variantı ətrafıda gedir. Bu haqda «525-ci qəzet»də yer alan məqalədə bildirilir ki, prezidentlərin Varşava görüşü haqda məlumat verən xarici işlər naziri Elmar Məmmədyarov bəzi detalların müzakirə edildiyini də dilə gətirib.



«Yeni Azərbaycan» qəzetindəki «Azərbaycan DQ münaqişəsinin həllində güzəştə getməyəcək» başlıqlı məqalədə bildirilir ki,

Avropa Şurasına üzv ölkələrin sammitində bunu prezident İlham Əliyev deyib.



«Azadlıq» qəzetindəki «Əliyevsayağı qanlı metod» məqaləsində deyilir ki, Özbəkistanda prezidenti İslam Kərimov əhalinin gülləbaran edilməsinə göstəriş verən yeganə dövlət başçısı deyil. Bu üsuldan Azərbaycanda da dəfələrlə istifadə edilib.



«Üç nöqtə» qəzetindəki «Aztəminatlı ailələrin sayı azalacaq» başlıqlı məqalədə bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov buna yeni iş yerlərinin açılmasının təsir göstərdiyini deyib.



«Bu gün ATƏT müxalifətlə hakimiyyəti görüşdürür» başlıqlı yazı «Bakı -Xəbər»də çap edilib. Məqalədə bildirilir ki, müxalifət cəmiyyətin maraqlarını ifadə etdiyi üçün istənilən mövzuda diskussiyalara hazırdır.



«Xalq Cəbhəsi» qəzeti Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıyla müsahibə dərc edib. Prezidentin seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı sərəncamına münasibətini açıqlayan S.Rüstəmxanlı deyir ki, sərəncamla iş bitmir. Sənəddən irəli gələn tələblərin həyata keçirilməsi yollarını aramaq lazımdır.



«Zerkalo» qəzetindəki «Qarabağ teatrı» başlıqlı məqalədə bildirilir ki, bu gündən ermənilər Dağlıq Qarabağda parlament seçkilərinə hazırlıq işlərinə başlayırlar.



«Exo» qəzetindəki «Rəsmi Minsk Azərbaycan deputatlarına cavab verir» məqaləsində deyilir ki, Belarus müxalifətini dəstəkləmək üçün qruplar yaradılması təklifi bu ölkənin Xarici İşlər Nazirliyinin ürəyindən deyil.



«İslam Kərimov Əndicanda 1500 nəfərdən artıq özbəyin qanını töküb». «Ayna» qəzetinə bu haqda hadisənin şahidləri olan özbək jurnalistlər Mətluba Əzəmətova və Qalima Buxarbayeva açıqlama verib.
XS
SM
MD
LG