Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Varşavada Azərbaycan və Ermənistan öz mövqelərini təkrar ediblər


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” Avropa Şurasının Varşavada keçirilən sammitində 46 ölkənin dövlət başçısı, o cümlədən Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri iştirak edirlər.



Sammitin bugünkü toplantısında Azərbaycan və Ermənistan prezidentləri və Ermənistanın xarici işlər naziri Vardan Oskanyan çıxış edib.



Ən son danışan Vardan Oskanyanın çıxışı əsasən prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı dediklərinə cavab olub.



Cənab Əliyev bir daha bildirib ki, Avropa Şurasının bir üzvünün digərinin ərazisini işğal etməsi qəbulolunmazdır.



Amma Ermənistanın xarici işlər naziri ölkəsinin hər hansı başqa ölkənin ərazisini işğal etmədiyini deyib. Onun sözlərinə görə, Ermənistan danışıqlarda da tərəf kimi çıxış etmək niyyətində deyil.



“Ermənistanın prosesə müdaxiləsinə səbəb Azərbaycanın Qarabağ icmasını eşitmək istəməməsidir”.



Vardan Oskanyan deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu onun əhalisi ilə danışıqlara getmək, qarabağlıların öz müqəddəratını həll etmək hüququna hörmət qoymaqdır.



Oskanyandan bir az əvvəl çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Qarabağa ən yüksək muxtariyyət verməyə hazırdır, amma torpaqları güzəştdən söhbət gedə bilməz.



İlham Əliyevin mayın 15-də Ermənistan prezidenti Robert Koçaryanla təkbətək görüşü olub. 2 saatdan çox çəkən görüşdən sonra mətbuata açıqlama verilməyib.



Daha əvvəl danışan Robert Koçaryan özünü "müstəqil" adlandıran Dağlıq Qarabağın Avropa strukturlaına inteqrasiyasını, ermeni "soyqırımına" dair iddiaların tanınmasını və sərhədlərin açılmasını tələb etdi. Buna cavab olaraq Türkiyənin baş naziri Rəcəb Tayip Erdoğan keçirdiyi mətbuat konfransında dedi ki, münasibətlərin normallaşmasının iki şərti var. Bunlar Azərbaycan ərazilərinin işğalına son qoymaq və "soyqırım" iddialarından əl çəkib mövcud sərhədləri tanımaqdır.



Varşava sammiti çərçivəsində Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin də danışıqları olub. Danışıqlardan sonra nazir Elmar Məmmədyarov kütləvi informasiya vasitələrinə bildirib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunmasına razıdır.



Onun sözlərinə görə, indi söhbət torpaqların boşaldılması qrafikindən gedir. Ancaq erməni nümayəndələrinin "sərt" qiymətləndirilən çıxışları bunu təsdiq etmir. Çərşənbəaxşamı günü prezident İlham Əliyevin Varşava sammitində yeni çıxışı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG